Bakıda mühüm dəyişiklik OLACAQ: Ekspert AÇIQLADI
11 Noyabr 2026, 13:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
711
24.05.2026, 21:40
ABŞ dövlət katibi Marko Rubio İranla danışıqlarda əhəmiyyətli irəliləyişin olduğunu bildirib və gün ərzində bu məsələ ilə bağlı xəbərlərin olacağını anons edib.
Oxu24.com xəbər verir ki, o, bunu Hindistanın xarici işlər naziri Subramanyam Cayşankarla keçirdiyi birgə mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, son 48 saat ərzində Fars körfəzi regionundakı tərəfdaşlarla çərçivə planının yaradılması istiqamətində müəyyən tərəqqiyə nail olunub.
"Uğurlu olacağı təqdirdə bu plan bizə təkcə boğazların tamamilə və rüsumsuz açılmasına nail olmağa deyil, həm də İranın nüvə silahı yaratmaq sahəsindəki əvvəlki iddialarının əsasında duran bir sıra mühüm amilləri aradan qaldırmağa imkan verəcək. Sözsüz ki, bunun üçün İran tərəfinin tam razılığı və sonradan əldə olunmuş razılaşmalara ciddi şəkildə əməl etməsi tələb olunacaq. Bundan əlavə, detalların razılaşdırılması üzrə növbəti işlərin aparılmasına ehtiyac yaranacaq", - deyə dövlət katibi qeyd edib.
Dövlət katibi əmin edib ki, ABŞ nizamlanmada diplomatik üsullara üstünlük verir.
"Biz də hazırda məhz buna nail olmağa çalışırıq. Hesab edirəm ki, müəyyən irəliləyişə nail ola bilmişik. Düşünürəm ki, yaxın bir neçə saat ərzində dünya bəlkə də yaxşı xəbərlər alacaq", - deyə o söyləyib./publika
13:58 / 11 Noyabr 2026
7
13:54 / 11 Noyabr 2026
58
13:48 / 11 Noyabr 2026
47
13:44 / 11 Noyabr 2026
93
13:41 / 11 Noyabr 2026
49
13:33 / 11 Noyabr 2026
152
13:27 / 11 Noyabr 2026
92
13:19 / 11 Noyabr 2026
66
13:13 / 11 Noyabr 2026
72
12:57 / 11 Noyabr 2026
128
12:54 / 11 Noyabr 2026
126
12:48 / 11 Noyabr 2026
102
12:44 / 11 Noyabr 2026
147
12:35 / 11 Noyabr 2026
235
12:32 / 11 Noyabr 2026
106
12:29 / 11 Noyabr 2026
90
12:24 / 11 Noyabr 2026
667
12:19 / 11 Noyabr 2026
506
12:15 / 11 Noyabr 2026
106
12:09 / 11 Noyabr 2026
98
11:57 / 11 Noyabr 2026
726
11:50 / 11 Noyabr 2026
161
11:49 / 11 Noyabr 2026
222
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.