İslam dünyasında yeni kollektiv müdafiə modeli: Azərbaycan bu ittifaqa qoşulacaq? – Təhlil
11 Avqust 2026, 17:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
556
21.05.2026, 14:02
Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında mühüm regional əməkdaşlıq sənədi imzalanıb. Belə ki, üzv dövlətlər arasında şəhər və ərazi planlaşdırılması, eləcə də davamlı inkişaf sahəsində tərəfdaşlığı rəsmiləşdirən Anlaşma Memorandumu təsdiq edilib. Sözügedən sənəd TDT ölkələri arasında “ağıllı şəhər” konseptlərinin tətbiqi, rəqəmsal urbanizasiya və dayanıqlı inkişaf istiqamətində birgə fəaliyyətin gücləndirilməsini və yeni strateji çərçivənin qurulmasını nəzərdə tutur.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən siyasi şərhçi Taleh Əliyev Türk Dövlətləri Təşkilatı daxilində şəhərsalma və davamlı inkişaf sahəsində əməkdaşlığın güclənməsinin təşkilatın gələcək siyasi inteqrasiyasına təsirlərini qiymətləndirib.
Siyasi şərhçi bildirib ki, bu gün Türk Dövlətləri Təşkilatının müxtəlif istiqamətlər üzrə əlaqələrinin və gələcək fəaliyyətinin inteqrasiyası ilə bağlı çox ciddi, uğurlu addımlar atılmaqdadır:
“Elə bu günlərdə Qazaxıstanın Türküstan şəhərində süni intellekt və rəqəmsal transformasiya ilə bağlı dövlət liderlərinin qeyri-rəsmi sammitində qəbul olunmuş qərarlar da bir daha onu göstərir ki, Türk Dövlətləri Təşkilatı yaxın gələcəyin əsas güc mərkəzlərindən birinə çevriləcəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də xüsusi olmaqla qeyd etdiyi kimi, TDT yaxın gələcəkdə dünyanın mühüm geosiyasi güc mərkəzlərindən biri olmaq yolunda sürətlə irəliləyir”.
Taleh Əliyev vurğulayıb ki, bu baxımdan üzv dövlətlər arasında bütün sahələrdə inteqrasiyanın və əməkdaşlığın dərinləşdirilməsi olduqca vacib və qaçılmaz bir prosesdir. Onun sözlərinə görə, keçirilən hər bir tədbirdə, hər bir beynəlxalq və regional toplantıda qarşılıqlı əməkdaşlığı özündə ehtiva edən yeni əlaqələrin qurulması bu strateji hədəf baxımından tamamilə məntiqli və məqsədəuyğundur.
Bakıda imzalanan son Memoranduma toxunan ekspert qeyd edib ki, şəhərsalma və rəqəmsal urbanizasiya sahəsində atılan addımlar təşkilatın bütövlüyünə birbaşa xidmət edir:
“Şəhərsalma istiqamətində də bu cür qərarların qəbul olunması, müvafiq sənədlərin imzalanması onu deməyə əsas verir ki, Türk Dövlətləri Təşkilatı artıq bu sahədə də əməkdaşlığını institusional müstəviyə daşıyır. “Ağıllı şəhərlər” və dayanıqlı infrastruktur layihələri üzərində qurulan müştərək iş birliyi, türk dünyasının həm iqtisadi, həm də siyasi inteqrasiyasını daha da möhkəmləndirəcək”.
Siyasi şərhçi yekunda qeyd edib ki, Bakı Forumu çərçivəsində əldə olunan bu razılaşma, TDT-nin təkcə siyasi-hərbi və ya mədəni deyil, həm də müasir texnologiyalar, urbanizasiya və rəqəmsal gələcək sahəsində vahid platformadan çıxış etmək iradəsini növbəti dəfə sübuta yetirir.
Çimnaz Telmanqızı
17:50 / 11 Avqust 2026
13
17:31 / 11 Avqust 2026
36
17:28 / 11 Avqust 2026
40
17:20 / 11 Avqust 2026
122
17:18 / 11 Avqust 2026
41
17:03 / 11 Avqust 2026
62
16:55 / 11 Avqust 2026
69
16:38 / 11 Avqust 2026
372
16:38 / 11 Avqust 2026
59
16:31 / 11 Avqust 2026
65
15:58 / 11 Avqust 2026
768
15:57 / 11 Avqust 2026
100
15:55 / 11 Avqust 2026
65
15:42 / 11 Avqust 2026
62
15:26 / 11 Avqust 2026
69
15:09 / 11 Avqust 2026
229
14:50 / 11 Avqust 2026
87
14:48 / 11 Avqust 2026
81
14:24 / 11 Avqust 2026
87
14:05 / 11 Avqust 2026
146
14:00 / 11 Avqust 2026
82
13:59 / 11 Avqust 2026
87
13:57 / 11 Avqust 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.