Azərbaycan Vyetnamla investisiya əməkdaşlığını müzakirə edib
11 Noyabr 2026, 16:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
865
20.05.2026, 12:52
Rusiyalılar bütün pensiya əmanətlərini aylıq ödənişlərlə deyil, birdəfəlik almaq üçün müraciət edə bilərlər. “Prime” xəbər agentliyinin məlumatına görə, Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin professoru Yuliya Finogenova bu fürsətin kimdə olduğunu izah edib.
Mütəxəssis bildirib ki, 2026-cı ildə maliyyələşdirilən pensiya almaq üçün əmanətlərin məbləği 439.776 rubldan çox olmalıdır. Bu məbləğ azdırsa, təqaüdçü bütün vəsaitlərin birdəfəlik ödənişini almaq hüququna malikdir.
Bu hüquq 1967-ci il və ya daha sonra anadan olmuş rusiyalılara, eləcə də müəyyən yaşlı yaş qruplarına aiddir. Ya əmanətlər göstərilən məbləğdən az olmalıdır, ya da təqaüdə çıxan vətəndaşın tələb olunan iş stajını və balları qazanmağa vaxtı olmamalıdır.
Hazırda Azərbaycanda da pensiya sistemi pensiya kapitalına əsaslanır. Yəni pensiya yaşı çatdıqda müvafiq kapitalı toplayanlar əmək pensiyası ala bilirlər. Həmin kapitalı toplaya bilməyənlər isə yalnız yaşa görə müavinətlə kifayətlənməli olurlar.
Əgər mövcud pensiya kapitalı azlıq edərsə vətəndaş nəinki onu pensiya kimi, hətta tam şəkildə belə ala bilmir, "itirilmiş" olur. Azərbaycanda da təqaüdçünün bütün vəsaitlərini birdəfəlik almaq hüququ tətbiq edilə bilərmi?
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli "Cebheinfo.az"-a bildirib ki, hazırkı sistemdə pensiya kapitalının tam şəkildə birdəfəlik alınması Azərbaycanda ümumi qayda kimi tətbiq edilmir, amma bu ideya müzakirə mövzusudur və müəyyən modellərdə qismən tətbiq variantları nəzərdən keçirilir:
"Mövcud qaydalara görə, pensiya kapitalı əsasən insanın pensiya yaşına çatdıqda aylıq ödəniş formasında istifadə olunur. Yəni yığılan vəsait birbaşa "birdəfəlik götürülən pul" kimi deyil, pensiya məbləğinin formalaşdırılması üçün istifadə edilir. Bəzi hallarda əlillik və ya ailə başçısını itirmə kimi xüsusi vəziyyətlərdə bu vəsait pensiya təyinatında fərqli şəkildə hesablanır, amma yenə də ümumi prinsip onun hissə-hissə ödənilməsidir.
Birdəfəlik götürmə həm də ona görə mümkun deyil ki, pensiya təminatı yığına əsaslanmır, sistem nəsillər arası həmrəylik prinsipinə əsaslanır. Yəni əmək qabiliyyətli əhalinin ödədiyi sosial sığorta indiki pensiyaçıların müavinətinin ödənilməsinə xərclənir, yığılıb saxlanılmır".
Ekspertin sözlərinə görə, bununla yanaşı, son illərdə müzakirə olunan yeni yanaşmalarda pensiya kapitalının bir hissəsinin müəyyən yaşdan sonra birdəfəlik çıxarılması və ya özəl pensiya fondlarına yönəldilməsi kimi modellər gündəmə gəlib:
"Bu ideya əsasən vətəndaşa daha çox seçim imkanı vermək, yığılan vəsaitin bir qismini ev, biznes və ya digər məqsədlərə yönəltmək üçün nəzərdə tutulur. Amma bu, hələ tam formalaşmış və hamıya şamil olunan qayda deyil. Belə bir sistemin tətbiq olunmamasının əsas səbəbi pensiya fondunun sabitliyinin qorunmasıdır.
Əgər böyük məbləğlər birdəfəlik çıxarılsa, uzunmüddətli pensiya ödənişləri üçün maliyyə dayanıqlığı zəifləyə bilər. Buna görə dövlətlər adətən pensiya sistemini aylıq təminat prinsipi üzərində qururlar. Yekun olaraq, hazırkı modeldə birdəfəlik tam çıxarış ümumi qayda deyil, amma gələcəkdə qismən çıxarış və ya alternativ pensiya modelləri ehtimal kimi müzakirə olunur".
16:35 / 11 Noyabr 2026
46
16:07 / 11 Noyabr 2026
82
16:04 / 11 Noyabr 2026
151
16:01 / 11 Noyabr 2026
85
16:00 / 11 Noyabr 2026
61
15:50 / 11 Noyabr 2026
75
15:50 / 11 Noyabr 2026
85
15:40 / 11 Noyabr 2026
71
15:31 / 11 Noyabr 2026
343
15:27 / 11 Noyabr 2026
564
15:13 / 11 Noyabr 2026
109
15:07 / 11 Noyabr 2026
160
14:51 / 11 Noyabr 2026
117
14:43 / 11 Noyabr 2026
180
14:39 / 11 Noyabr 2026
214
14:36 / 11 Noyabr 2026
115
14:26 / 11 Noyabr 2026
288
14:13 / 11 Noyabr 2026
860
13:58 / 11 Noyabr 2026
306
13:54 / 11 Noyabr 2026
600
13:48 / 11 Noyabr 2026
172
13:44 / 11 Noyabr 2026
259
13:41 / 11 Noyabr 2026
143
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.