Bu ərazilərdə qaz olmayacaq
10 Avqust 2026, 22:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
528
20.05.2026, 12:50
Tez-tez serialların insan düşüncələrinə mənfi təsir etdiyi barədə fikirlər eşidirik.
Xüsusilə cəmiyyətdə cinayət hadisələri yaşanılanda ağla ilk gələn səbəblərdən biri sə seriallar olur. Həmçinin, xəyanətin artması, ailə dəyərlərinin məhv olması və bir çox başqa mənfi məsələyə görə də seriallar günahlandırılır.
Maraqlıdır, həqiqətənmi seriallarda göstərilən mənfi proseslər insanlara təsir edir? Bəs niyə seriallardakı yaxşı səhnələrin effekti eyni şəkildə olmur?
Oxu24.com xəbər verir ki, klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında bildirib ki, insan beyni təhlükəni, qorxunu və mənfi hadisələri müsbət hadisələrdən daha tez yadda saxlayır:
“Çünki psixoloji olaraq beynin əsas məqsədi insanı xoşbəxt etmək yox, onu təhlükədən qorumaqdır. Bu səbəbdən seriallarda göstərilən xəyanət, aqressiya, manipulyasiya, travma və ya qorxu dolu səhnələr insanın emosional yaddaşında daha dərin iz buraxır.
Beyin bu halları “təhlükə siqnalı” kimi qəbul edir və onları təkrar-təkrar analiz etməyə başlayır. Yaxşı səhnələr isə çox vaxt insanın daxilində artıq çatışmayan hisslərə toxunmur. İnsan sevgini, mərhəməti və ya sağlam münasibəti sadəcə izləyir, amma onu daxilən yaşamırsa, beyin bunu real təcrübə kimi qəbul etmir”.
Onun sözlərinə görə, mənfi səhnələr isə insanın bastırdığı qorxularına, uşaqlıq yaralarına və ya daxili gərginliyinə toxunduğu üçün daha güclü təsir edir:
“Psixologiyada buna “neqativlik effekti” deyilir. İnsan zehnində bir mənfi hadisə, bir neçə müsbət hadisədən daha güclü yer tutur. Çünki travmatik və emosional yüklü görüntülər beyində daha aktiv reaksiya yaradır. Həmçinin, insan öz daxilində hansı hissləri daşıyırsa, ən çox onu görür və ona bağlanır. Daxilində güvənsizlik olan biri serialdakı xəyanət səhnələrinə daha çox fokuslanır. Tərkedilmə qorxusu olan biri ayrılıq səhnələrindən təsirlənir”.
Zəhra Zahidova vurğulayıb ki, serial sadəcə görüntü göstərmir, insanın daxilində gizlənən hissləri oyadır:
“Buna görə də bəzi insanlar serial izlədikdən sonra düşüncələrinin, münasibətlərə baxışlarının və hətta davranışlarının dəyişdiyini hiss edirlər. Çünki beyin təkrar gördüyü emosional nümunələri bir müddət sonra normal qəbul etməyə başlayır”.
22:10 / 10 Avqust 2026
1
21:49 / 10 Avqust 2026
37
20:42 / 10 Avqust 2026
60
20:35 / 10 Avqust 2026
59
20:01 / 10 Avqust 2026
61
19:43 / 10 Avqust 2026
79
19:36 / 10 Avqust 2026
129
19:05 / 10 Avqust 2026
76
18:56 / 10 Avqust 2026
78
18:24 / 10 Avqust 2026
85
17:59 / 10 Avqust 2026
79
17:40 / 10 Avqust 2026
98
17:15 / 10 Avqust 2026
92
16:59 / 10 Avqust 2026
83
16:45 / 10 Avqust 2026
87
16:33 / 10 Avqust 2026
113
16:30 / 10 Avqust 2026
107
16:08 / 10 Avqust 2026
98
15:54 / 10 Avqust 2026
95
15:37 / 10 Avqust 2026
101
15:33 / 10 Avqust 2026
91
15:25 / 10 Avqust 2026
105
15:21 / 10 Avqust 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.