İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
28 Sentyabr 2026, 23:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
579
18.05.2026, 08:44
Bakıda tramvay xətlərinin bərpası planı paytaxtın əmlak bazarında ciddi hərəkətliliyə səbəb olub. “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov Mehdiabad istiqamətində yeni relsli nəqliyyat sisteminin qurulmasının nəzərdən keçirildiyini elan etdikdən sonra həmin ərazilərdə torpaq və mənzil rəqəmləri diqqət mərkəzinə gəlib.
Oxu24.com xəbər verir ki, bunu daşınmaz əmlak sahəsi üzrə mütəxəssis Elnur Azadov deyib. Ekspertin sözlərinə görə, gələcəkdə rahat gediş-gəliş imkanı qazanacaq massivlərdə qiymətlər indidən psixoloji təsirlərlə yüksəlir:
“Əsas məsələ layihənin hansı əraziləri əhatə edəcəyidir. Hələ təxminən on il əvvəl Ağ Şəhər ərazisində gələcəkdə tramvay xəttinin çəkilməsi ilə bağlı müəyyən açıqlamalar verilmişdi. Daha sonra isə ekoloji cəhətdən təmiz nəqliyyat növü hesab olunan tramvayın Bakı və ətraf ərazilərə qədər uzanacağı barədə məlumatlar yayıldı. Layihə reallaşarsa, bu, kifayət qədər genişmiqyaslı nəqliyyat layihəsi olacq. Yalnız Mehdiabad istiqaməti ilə məhdudlaşmayacaq. Son yayılan məlumatlara əsasən, tramvay xəttinin “Sea Breeze” ərazisindən Sumqayıt istiqamətinə qədər uzanması ilə bağlı da müxtəlif iddialar mövcuddur. Bununla yanaşı, Mehdiabad ərazisində daşınmaz əmlak qiymətlərində mümkün dəyişikliklərlə bağlı hazırda konkret məlumat yoxdur. Layihə gerçəkləşərsə, onun təsiri yalnız bir ərazi ilə məhdudlaşmayacaq, Bakı və ətraf yaşayış massivlərini də əhatə edə bilər”.
Rəsmi rəqəmlər və elan bazasının təhlili göstərir ki, 2026-cı ilin əvvəlindən bəri Mehdiabadda torpaq sahələri real olaraq 15-23% bahalaşıb. Yanvar və fevral aylarında qəsəbənin mərkəzi hissələrində torpağın bir sotu 10 000 - 11 000 AZN-ə təklif edilirdisə, hazırda bu məbləğ 12 000 - 13 500 AZN-ə çatıb. Magistralın kənarında yerləşən, çıxarışlı və elit massivlərdə isə bir sotun dəyəri 14 000 AZN-dən başlayaraq 17 000 - 20 000 AZN-ə qədər yüksəlib. Sürətli bahalaşmaya həmçinin qəsəbədəki infrastrukturun yenilənməsi və dəniz istiqamətinə salınan yeni yollar təkan verir.
Yəni Bakı ətrafında yeni tramvay xətlərinin qurulması planı və infrastrukturun yaxşılaşdırılması Mehdiabad qəsəbəsində torpaqların sürətlə bahalaşmasına və investorların bura maraq göstərməsinə yol açıb.//Demokrat.az
Həmçinin oxuyun
00:06 / 29 Sentyabr 2026
161
23:52 / 28 Sentyabr 2026
71
23:19 / 28 Sentyabr 2026
82
23:06 / 28 Sentyabr 2026
178
23:02 / 28 Sentyabr 2026
1429
22:58 / 28 Sentyabr 2026
79
22:51 / 28 Sentyabr 2026
64
22:40 / 28 Sentyabr 2026
965
22:35 / 28 Sentyabr 2026
244
22:34 / 28 Sentyabr 2026
200
22:28 / 28 Sentyabr 2026
180
22:24 / 28 Sentyabr 2026
83
22:15 / 28 Sentyabr 2026
66
21:56 / 28 Sentyabr 2026
83
21:55 / 28 Sentyabr 2026
106
21:51 / 28 Sentyabr 2026
73
21:48 / 28 Sentyabr 2026
83
21:40 / 28 Sentyabr 2026
2364
21:36 / 28 Sentyabr 2026
72
21:33 / 28 Sentyabr 2026
71
21:31 / 28 Sentyabr 2026
77
21:13 / 28 Sentyabr 2026
147
21:06 / 28 Sentyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.