Yağış yağacaq, güclü külək əsəcək - HAVA PROQNOZU
06 Avqust 2026, 09:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
970
16.05.2026, 23:17
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikası Hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) mayın 17-də öz işinə başlayacaq.
Oxu24.com xəbər verir ki,tədbir Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının dövlət bayraqlarının qaldırılması mərasimi ilə başlayacaq.Bu,mərasim saat 08:00-08:30 aralığında olacaq.
WUF13-ün ilk günündə yeni təşəbbüs kimi Azərbaycanın sədrliyi ilə Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüş təşkil ediləcək. Proqramın 20 illik icra müddətinin orta mərhələsinə təsadüf edən bu toplantı əldə olunmuş nəticələrin nəzərdən keçirilməsi, mövcud çətinliklərin müəyyənləşdirilməsi və növbəti mərhələyə dair istiqamətlərin müəyyən edilməsi üçün əhəmiyyətli imkan yaradacaq.
Forum çərçivəsində müxtəlif assambleya sessiyaları da təşkil olunacaq. İlkin olaraq assambleyaların birgə açılış sessiyası keçiriləcək. Daha sonra proqrama əsasən Qadınlar Assambleyası, Yerli və regional hökümətlərin ümumdünya Assambleyası, İcma birliklərinin və vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyası, Uşaq və gənclər Assambleyası, eləcə də Biznes Assambleyası keçiriləcək.
Forum çərçivəsində keçiriləcək əlavə tədbirlər sırasında BMT-nin Məskunlaşma Proqramı, Qlobal Su Operatorların Tərəfdaşlıq Alyansı (GWOPA) və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin birgə təşkil etdiyi “Global Water Operators’ Partnerships Alliance” Assambleyası da yer alır. Hər iki ildən bir keçirilən GWOPA Assambleyası ilk dəfə Ümumdünya Şəhərsalma Forumu çərçivəsində təşkil olunacaq.
Qeyd edək ki, WUF13 tədbiri 17–22 may tarixlərində Bakı şəhərində “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunmuş forumdur.
17 may tarixində keçiriləcək sessiya və tədbirlərin siyahısı ilə WUF13-ün rəsmi proqram səhifəsində tanış ola bilərsiniz.
09:07 / 06 Avqust 2026
11
09:04 / 06 Avqust 2026
20
09:01 / 06 Avqust 2026
25
08:58 / 06 Avqust 2026
26
08:57 / 06 Avqust 2026
30
00:51 / 06 Avqust 2026
120
23:09 / 05 Avqust 2026
140
22:24 / 05 Avqust 2026
144
22:10 / 05 Avqust 2026
146
21:39 / 05 Avqust 2026
146
21:24 / 05 Avqust 2026
160
20:47 / 05 Avqust 2026
150
19:59 / 05 Avqust 2026
85
19:49 / 05 Avqust 2026
163
19:28 / 05 Avqust 2026
173
19:14 / 05 Avqust 2026
158
18:57 / 05 Avqust 2026
107
18:44 / 05 Avqust 2026
89
18:29 / 05 Avqust 2026
107
18:15 / 05 Avqust 2026
105
17:59 / 05 Avqust 2026
99
17:45 / 05 Avqust 2026
104
17:30 / 05 Avqust 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.