Ehtiram Əliyev süni tənəffüs aparatına qoşuldu
11 Noyabr 2026, 19:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
667
16.05.2026, 15:34
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq işləri və tədbirin proqramı ilə əlaqədar Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və yüksək səviyyəli qonaqların işçi qrupları ilə brifinq keçirilib.
WUF13 Azərbaycan Əməliyyat Şirkətindən Oxu24.com-a verilən xəbərə görə, WUF13-ün keçiriləcəyi məkan olan Bakı Olimpiya Stadionunda təşkil edilən brifinqdə Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyaların rəhbər nümayəndələri ilə yanaşı, xarici ölkələrdən gəlmiş rəsmi şəxslər də daxil olmaqla ümumilikdə 150-yə yaxın xarici qonaq iştirak edib.
Brifinqdə iştirak edən diplomatlara tədbirin proqramı təqdim edilib, Bakıya səfər edəcək dövlət və hökumət heyətləri üçün nəzərdə tutulan təhlükəsizlik, qarşılanma və nəqliyyat məsələlərinə dair protokol prosedurları barədə məlumat verilib. Həmçinin, rəsmi heyətlə gələn mətbuat xidmətləri və media qurumlarının nümayəndələri üçün akkreditasiya prosedurları, eləcə də rəsmi tədbirlərdə iştirak qaydaları barədə məlumat verilib.
Eyni zamanda, Heydər Əliyev adına Beynəlxalq Aeroportun tədbir müddətində fəaliyyət planı, şəhərdaxili nəqliyyatın təşkili və əsas rəsmi tədbirlər haqqında da diplomatlar məlumatlandırılıblar.
Bildirilib ki, indiyədək 182 ölkədən 40 mindən çox nəfər qeydiyyatdan keçib ki, bu da artıq Ümumdünya Şəhərsalma Forumunun tarixində rekord göstəricidir.
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nümayəndələri bildiriblər ki, tədbirin keçiriləcəyi Bakı Olimpiya Stadionu 17–22 may tarixlərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) tam hazırdır. Eyni zamanda, WUF13-ün Azərbaycanın ev sahibliyi ilə təşkil olunacaq növbəti uğurlu tədbir olacağına əminlik ifadə edilib.
Tədbirdən sonra brifinq iştirakçıları üçün məkan üzrə tur təşkil olunub. Baxış zamanı yüksək səviyyəli qonaqlar və nümayəndə heyətləri üçün nəzərdə tutulan xüsusi zonalar, dövlət və hökumət nümayəndələrinin qəbulu, ikitərəfli görüşlər, istirahət sahələri və qidalanma xidmətləri üçün ayrılmış məkanlar barədə məlumat verilib.
19:19 / 11 Noyabr 2026
12
19:07 / 11 Noyabr 2026
52
18:42 / 11 Noyabr 2026
289
18:39 / 11 Noyabr 2026
128
18:35 / 11 Noyabr 2026
117
18:30 / 11 Noyabr 2026
147
18:29 / 11 Noyabr 2026
157
18:23 / 11 Noyabr 2026
119
18:17 / 11 Noyabr 2026
170
18:13 / 11 Noyabr 2026
128
18:06 / 11 Noyabr 2026
615
18:01 / 11 Noyabr 2026
102
17:42 / 11 Noyabr 2026
269
17:40 / 11 Noyabr 2026
173
17:35 / 11 Noyabr 2026
358
17:16 / 11 Noyabr 2026
106
17:13 / 11 Noyabr 2026
234
17:12 / 11 Noyabr 2026
110
16:35 / 11 Noyabr 2026
125
16:07 / 11 Noyabr 2026
175
16:04 / 11 Noyabr 2026
433
16:01 / 11 Noyabr 2026
137
16:00 / 11 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.