İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
28 Sentyabr 2026, 23:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
637
16.05.2026, 14:15
Fövqəladə Hallar Nazirliyində (FHN) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı Qərargah və işçi qruplar yaradılıb.
Oxu24.com xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Baş əməliyyat idarəsinin rəis müavini Ağali Hüseynov deyib.
Onun sözlərinə görə, WUF13 Azərbaycanın beynəlxalq səviyyədə yüksək nüfuzundan xəbər verməklə dünyanın diqqətini yenidən Bakıya yönəldəcək:
"Nazirlik sessiyaya hazırlıqla bağlı üzərinə düşən vəzifələri uğurla icra edir. Bu məqsədlə FHN-də nazirliyin rəhbər vəzifəli şəxslərinin də təmsil olunduğu Qərargah və onun tərkibində müvafiq sahələr üzrə peşəkar mütəxəssislərdən ibarət işçi qruplar yaradılıb, Tədbirlər Planı hazırlanaraq təsdiq edilib. Təsdiq olunan Tədbirlər Planı üzrə qarşıya qoyulan tapşırıqların yüksək səviyyədə icrası üçün nazirliyin müvafiq qüvvələri ilk gündən səfərbər olunub. Bu çərçivədə FHN-in strukturları tərəfindən əhalinin, o cümlədən qonaqların təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi üçün səlahiyyətləri çərçivəsində obyektlərdə yanğın, texniki, tikinti və radiasiya təhlükəsizliyi sahələri üzrə müayinə və monitorinqlər həyata keçirilib, maarifləndirmə işləri aparılıb, mümkün fövqəladə hallara çevik reaksiya verilməsi və digər istiqamətlərdə zəruri tədbirlər görülüb".
A.Hüseynov həmçinin nazirliyin müvafiq strukturları, o cümlədən yanğın-xilasetmə qurumları tərəfindən WUF13-ə hazırlıq çərçivəsində vəzifələrin uğurla yerinə yetirilməsi üçün ötən dövr ərzində zəruri tədbirlər həyata keçirilib:
"Belə ki, nazirlikdə yaradılmış Qərargah tərəfindən təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq mümkün fövqəladə hallara çevik və effektli reaksiyavermə imkanlarının təmin edilməsi üçün mövcud əməliyyat şəraiti ətraflı öyrənilib, şəxsi heyətin səmərəli bölgüsü aparılıb, texnika və avadanlıqların tam döyüş hazırlığı səviyyəsində saxlanılması üçün zəruri tədbirlər görülüb. Bundan əlavə, şəxsi heyətin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi məqsədilə müxtəlif obyektlərdə, o cümlədən hotel, metro stansiyaları, ticarət və əyləncə mərkəzləri, insanların kütləvi toplaşdığı digər məkanlarda çoxsaylı təlimlər keçirilib, müxtəlif ssenarilər üzrə şəraitə uyğun simulyasiyalar edilib".
Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.
Həmçinin oxuyun
00:06 / 29 Sentyabr 2026
161
23:52 / 28 Sentyabr 2026
71
23:19 / 28 Sentyabr 2026
82
23:06 / 28 Sentyabr 2026
178
23:02 / 28 Sentyabr 2026
1429
22:58 / 28 Sentyabr 2026
79
22:51 / 28 Sentyabr 2026
64
22:40 / 28 Sentyabr 2026
965
22:35 / 28 Sentyabr 2026
244
22:34 / 28 Sentyabr 2026
200
22:28 / 28 Sentyabr 2026
180
22:24 / 28 Sentyabr 2026
83
22:15 / 28 Sentyabr 2026
66
21:56 / 28 Sentyabr 2026
83
21:55 / 28 Sentyabr 2026
106
21:51 / 28 Sentyabr 2026
73
21:48 / 28 Sentyabr 2026
83
21:40 / 28 Sentyabr 2026
2364
21:36 / 28 Sentyabr 2026
72
21:33 / 28 Sentyabr 2026
71
21:31 / 28 Sentyabr 2026
77
21:13 / 28 Sentyabr 2026
147
21:06 / 28 Sentyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.