Mal ətinin qiymətində dəyişiklik oldu - VİDEO
05 Avqust 2026, 23:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
16798
16.05.2026, 12:39
Azərbaycanda sosial müavinətlərin bir hissəsinin əvəzində ailələrə hər uşaq üçün ayrıca “uşaq pulu”nun verilməsi məsələsi yenidən gündəmə gəlib. Belə bir sistemin ölkəmizdə nəzəri cəhətdən mümkünlüyü və beynəlxalq təcrübədəki uğurları cəmiyyətdə maraq doğuran əsas mövzulardan biridir.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, hazırda Azərbaycanda uşaqlar üçün müxtəlif sosial müavinətlər mövcut olsa da, bu ödənişlər universal xarakter daşımır:
“Hazırda qüvvədə olan müavinətlər əsasən aşağı gəlirli ailələrə, əlilliyi olan şəxslərə və tənha analara yönəldilib. Lakin bütün ailələrə hər uşaq üçün universal "uşaq pulu"nun verildiyi bir sistemin qurulması daha geniş və əhatəli sosial müdafiəni təmin edə bilər”.
“Maliyyə mənbələri müəyyənləşdirilməlidir"
Ekspert qeyd edib ki, belə bir sistemin tətbiqi ilk növbədə maliyyə mənbələrinin düzgün müəyyənləşdirilməsindən asılıdır. Onun sözlərinə görə, əgər hazırda icra olunan bəzi sosial müavinətlər azaldılarsa və ya ləğv edilərək birbaşa yeni uşaq pulu sisteminə yönəldilərsə, bu layihənin reallaşması tam mümkündür:
“Əgər islahat mövcud pulların yerdəyişməsi hesabına deyil, əlavə maliyyə xərcləri tələb etməklə həyata keçirilərsə, bu, dövlət büdcəsinə əlavə yük fəsadı yaradacaq”.
Universal sistemin üstünlükləri nələrdir?
Akif Nəsirli universal uşaq pulu sisteminin cəmiyyət və iqtisadiyyat üçün bir çox müsbət tərəflərini sadalayıb:
“Vəsaitin bütün ailələrə bərabər şəkildə verilməsi mürəkkəb sənədləşmə rejimini və tərtibat proseslərini aradan qaldırar, işi xeyli sadələşdirər. Bu sistem təkcə aztəminatlı deyil, həm də orta sinif ailələrin büdcəsinə müəyyən dərəcədə kömək olar.
Uşaqlara ayrılan birbaşa vəsait onların təhsil və sağlamlıq imkanlarını artırar ki, bu da gələcəkdə bəşəri kapitalın inkişafına birbaşa təsir edir”.
Mərkəz sədri prosesin iqtisadi çətinliklərinə və risklərinə də diqqət çəkib. O bildirib ki, dövlət büdcəsinin məhdud imkanları fonunda universal uşaq pulu elan edilərsə, bütün tələbləri qarşılamaq üçün hər uşağa düşən məbləğ çox kiçik ola bilər.
Bundan əlavə, adətən az gəlirli ailələrin daha çox uşağa sahib olduğunu xatırladan iqtisadçı, belə bir bərabərpaylı sistemin cəmiyyətdə gəlir bərabərliyini tam təmin etməyəcəyini vurğulayıb.
Ekspertin sözlərinə görə, bəzi xarici ölkələrdə uğurlu nəticə verən bu sistemin Azərbaycanda tətbiqi qeyri-mümkün deyil. Lakin bunun üçün qabaqcadan dəqiq maliyyə hesablamalarının aparılması, sosial tərəflərin ümumi razılığının əldə olunması və ehtiyatlı tənzimləmə mexanizminin qurulması şərtdir.
Çimnaz Telmanqızı
00:51 / 06 Avqust 2026
12
23:09 / 05 Avqust 2026
70
22:24 / 05 Avqust 2026
82
22:10 / 05 Avqust 2026
79
21:39 / 05 Avqust 2026
84
21:24 / 05 Avqust 2026
93
20:47 / 05 Avqust 2026
91
19:59 / 05 Avqust 2026
69
19:49 / 05 Avqust 2026
142
19:28 / 05 Avqust 2026
108
19:14 / 05 Avqust 2026
102
18:57 / 05 Avqust 2026
89
18:44 / 05 Avqust 2026
79
18:29 / 05 Avqust 2026
97
18:15 / 05 Avqust 2026
95
17:59 / 05 Avqust 2026
90
17:45 / 05 Avqust 2026
92
17:30 / 05 Avqust 2026
80
17:10 / 05 Avqust 2026
98
16:59 / 05 Avqust 2026
93
16:45 / 05 Avqust 2026
118
16:31 / 05 Avqust 2026
99
16:12 / 05 Avqust 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.