Avtomobilin dövlət nömrə nişanlarından biri itərsə, tək nömrə ilə sürmək olarmı? – Sürücülərə vacib xəbərdarlıq
11 Noyabr 2026, 19:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1559
15.05.2026, 15:10
Qlobal böhranlar və geosiyasi gərginliklərin artdığı bir dövrdə Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə münasibətlərində yeni bir dinamika müşahidə olunur. Bu prosesdə Mərkəzi Avropanın strateji ölkələrindən olan Slovakiya xüsusi fəallığı ilə seçilir. Bu yaxınlarda Slovakiya Milli Şurasının sədri Rixard Raşinin Azərbaycanla qarşılıqlı dəstəyin vacibliyi barədə verdiyi açıqlama iki ölkə arasındakı münasibətlərin dərinliyini bir daha gündəmə gətirib.
Oxu24.com xəbər verir ki, mövzunu şərh edən politoloq Rəşad Bayramov bu açıqlamanın təsadüfi olmadığını və dərin geosiyasi səbəblərə söykəndiyini bildirib.
Politoloqun sözlərinə görə, son illərdə Avropada enerji təhlükəsizliyi və Şərq-Qərb marşrutlarının ön plana çıxması fonunda Bratislavanın Bakıya münasibətdə nümayiş etdirdiyi praqmatik yanaşma xüsusi əhəmiyyət qazanıb. O, bu istiqamətdəki reallığı belə izah edir:
"Slovakiya həm Aİ üzvü, həm də enerji təhlükəsizliyinə həssas yanaşan ölkə kimi Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Ukrayna müharibəsindən sonra Aİ enerji diversifikasiyasını prioritet seçib və bu kontekstdə Azərbaycan alternativ enerji tərəfdaşı kimi ön plana çıxır”.
Məsələnin siyasi tərəfinə toxunan ekspert qeyd edib ki, Bratislava Azərbaycanla münasibətlərdə daha balanslı və konstruktiv mövqe nümayiş etdirən Avropa paytaxtlarından biridir. Bu mövqe isə Bakı üçün Brüsseldə əlavə diplomatik qapılar açır:
"Slovakiyanın rolu siyasi dialoq və institusional əlaqələrin dərinləşdirilməsi baxımından diqqət çəkir. Bu, Bakının Aİ institutları ilə əlaqələrində əlavə imkanlar yaradır. Slovakiya mütəmadi olaraq əməkdaşlığın təkcə enerji ilə deyil, həm də iqtisadiyyat, nəqliyyat və rəqəmsallaşma sahəsində genişləndirilməsini dəstəkləyir”.
Politoloq həmçinin vurğulayır ki, Azərbaycanın logistik mərkəzə çevrilməsi Slovakiyanın iqtisadi maraqları ilə tam üst-üstə düşür. Xüsusilə Orta Dəhliz layihəsi bu əməkdaşlığı strateji səviyyəyə qaldırır:
"Slovakiya Mərkəzi Avropada yerləşən sənaye ölkəsi kimi bu marşrutların inkişafında iqtisadi maraqlara malikdir. Bu baxımdan Bakı ilə Bratislava arasında əməkdaşlıq təkcə ikitərəfli deyil, Avropa-Asiya ticarətinin gələcəyi üçün strateji əhəmiyyət daşıyır”.
Sonda Rəşad Bayramov bildirib ki, Slovakiyanın dəstəyi Aİ-nin konsensus mexanizmi daxilində ciddi siyasi əhəmiyyət kəsb edir:
"Slovakiya orta ölçülü ölkə olsa da, onun Azərbaycanla bağlı müsbət yanaşması ümumi Avropa mövqeyinin daha balanslı formalaşmasına təsir göstərir. Mövcud geosiyasi şəraitdə bu tərəfdaşlıq həm Bakının Avropa ilə əlaqələrinin möhkəmlənməsinə, həm də Slovakiyanın milli maraqlarının təmin olunmasına birbaşa xidmət edir”,-deyə politoloq fikrini tamamlayıb.
Çimnaz Telmanqızı
19:57 / 11 Noyabr 2026
13
19:49 / 11 Noyabr 2026
32
19:43 / 11 Noyabr 2026
46
19:33 / 11 Noyabr 2026
50
19:19 / 11 Noyabr 2026
110
19:07 / 11 Noyabr 2026
86
18:42 / 11 Noyabr 2026
369
18:39 / 11 Noyabr 2026
173
18:35 / 11 Noyabr 2026
149
18:30 / 11 Noyabr 2026
172
18:29 / 11 Noyabr 2026
191
18:23 / 11 Noyabr 2026
130
18:17 / 11 Noyabr 2026
195
18:13 / 11 Noyabr 2026
152
18:06 / 11 Noyabr 2026
687
18:01 / 11 Noyabr 2026
111
17:42 / 11 Noyabr 2026
303
17:40 / 11 Noyabr 2026
191
17:35 / 11 Noyabr 2026
441
17:16 / 11 Noyabr 2026
117
17:13 / 11 Noyabr 2026
259
17:12 / 11 Noyabr 2026
117
16:35 / 11 Noyabr 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.