Avtomobilin dövlət nömrə nişanlarından biri itərsə, tək nömrə ilə sürmək olarmı? – Sürücülərə vacib xəbərdarlıq
11 Noyabr 2026, 19:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
5897
15.05.2026, 13:13
Azərbaycanda işləyən pensiyaçıların təqaüdlərinin yenidən hesablanması ilə bağlı təklif müzakirələrə səbəb olub. Mütəxəssislər hesab edir ki, dəyişiklik qəbul olunarsa, bəzi sahələrdə çalışan pensiyaçıların gəlirlərində daha ciddi artım müşahidə ediləcək.
Bəs pensiyalarda ən çox artım hansı sahələrdə çalışan və yüksək rəsmi maaş alan şəxslərə təsir edəcək?
Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, yenidən hesablanma zamanı əsas rol sosial sığorta ödənişlərinin həcminə məxsus olacaq:
“Əgər işləyən pensiyaçıların pensiya kapitalının yenidən hesablanması ilə bağlı təklif qəbul olunarsa, artım əsasən yüksək rəsmi maaş alan şəxslərə təsir edəcək. Xüsusilə neft-qaz sektoru, bank-maliyyə sahəsi, dövlət idarəçiliyi, iri şirkətlərdə rəhbər vəzifələr, informasiya texnologiyaları, aviasiya və bəzi səhiyyə sahələrində çalışan pensiyaçıların artımdan daha çox faydalanacağı gözlənilir. Çünki bu sahələrdə əməkhaqları və sosial sığorta ödənişləri daha yüksək olur, nəticədə pensiya kapitalı da artır”.
İqtisadçının sözlərinə görə, aşağı əməkhaqqı alan və ya qeyri-rəsmi əmək münasibətlərində fəaliyyət göstərən pensiyaçılar üçün artım daha məhdud xarakter daşıyacaq.
“Sistemdə əsas meyar ödənilən sosial sığorta haqqıdır və bu göstərici nə qədər yüksəkdirsə, pensiya artımı da bir o qədər çox olacaq.
Belə bir dəyişiklik işləyən pensiyaçıların rəsmi əmək münasibətlərinə marağını da artıra bilər”
19:57 / 11 Noyabr 2026
13
19:49 / 11 Noyabr 2026
32
19:43 / 11 Noyabr 2026
46
19:33 / 11 Noyabr 2026
50
19:19 / 11 Noyabr 2026
110
19:07 / 11 Noyabr 2026
86
18:42 / 11 Noyabr 2026
369
18:39 / 11 Noyabr 2026
173
18:35 / 11 Noyabr 2026
149
18:30 / 11 Noyabr 2026
172
18:29 / 11 Noyabr 2026
191
18:23 / 11 Noyabr 2026
130
18:17 / 11 Noyabr 2026
195
18:13 / 11 Noyabr 2026
152
18:06 / 11 Noyabr 2026
687
18:01 / 11 Noyabr 2026
111
17:42 / 11 Noyabr 2026
303
17:40 / 11 Noyabr 2026
191
17:35 / 11 Noyabr 2026
441
17:16 / 11 Noyabr 2026
117
17:13 / 11 Noyabr 2026
259
17:12 / 11 Noyabr 2026
117
16:35 / 11 Noyabr 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.