Avtomobilin dövlət nömrə nişanlarından biri itərsə, tək nömrə ilə sürmək olarmı? – Sürücülərə vacib xəbərdarlıq
11 Noyabr 2026, 19:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
714
15.05.2026, 12:23
Azərbaycanın əmək bazarında yeni iqtisadi modelə keçid prosesi başlayır. Belə ki, yaxın illərdə ölkədə saatlıq minimum əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulur.
Bu mühüm qərar Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən imzalanmış 2026-2028-ci illər üçün Baş Kollektiv Sazişdə rəsmi şəkildə təsbit olunub.
Mövzu ilə bağlı Oxu24.com-un suallarını cavablandıran biznes konsultant İlkin Mirzəzadə, həm qlobal iqtisadi konyukturanı, həm də bu islahatın daxili bazara mümkün təsirlərini təhlil edib.
Ekspert qeyd edib ki, dünya iqtisadiyyatında baş verən hər bir dalğalanma Azərbaycanın iqtisadi mühitinə də öz təsirini göstərir:
“Yaxın Şərqdəki gərginlik, eyni zamanda ABŞ-da yanacaq üzrə federal vergilərin yenidən tənzimlənməsi və böyük dövlətlərin rəhbərləri arasındakı strateji görüşlər qlobal iqtisadiyyata birbaşa təsir edir. Bu amillər Azərbaycan üçün də istisna deyil. Xüsusilə bu proseslər uzunmüddətli xarakter alarsa, ölkə iqtisadiyyatı üçün müəyyən çətinliklər yarada bilər. Qlobal inflyasiyanın artması fonunda ölkədaxili inflyasiya təzyiqlərinin güclənməsi ehtimalı kifayət qədər yüksəkdir”.
İlkin Mirzəzadə vurğulayıb ki, iqtisadi islahatların uğuru həm də regiondakı sabitlikdən asılıdır:
“Qonşu İranda cərəyan edən hadisələr Azərbaycan üçün arzuolunan deyil. Regional inkişafın və milli iqtisadi tərəqqinin fundamental təməli məhz sabitlikdir. Ölkəmizin əsas strateji hədəflərindən biri regionda stabilliyin təmin olunmasıdır, çünki bu, birbaşa investisiya mühitinə və iqtisadi artıma təsir edi.
Yeni saatlıq əməkhaqqı sisteminə keçid məsələsinə toxunan ekspert bildirib ki, bu islahat kiçik və orta sahibkarlıq (KOB) subyektləri üçün yeni maliyyə və idarəetmə mexanizmlərinin qurulmasını zəruri edir. Sahibkarlar əmək məhsuldarlığını artırmalı və inflyasiya risklərini nəzərə alaraq büdcə planlamasını yenidən qurmalıdırlar.
Çimnaz Telmanqızı
19:57 / 11 Noyabr 2026
28
19:49 / 11 Noyabr 2026
40
19:43 / 11 Noyabr 2026
50
19:33 / 11 Noyabr 2026
56
19:19 / 11 Noyabr 2026
112
19:07 / 11 Noyabr 2026
87
18:42 / 11 Noyabr 2026
376
18:39 / 11 Noyabr 2026
175
18:35 / 11 Noyabr 2026
151
18:30 / 11 Noyabr 2026
176
18:29 / 11 Noyabr 2026
195
18:23 / 11 Noyabr 2026
130
18:17 / 11 Noyabr 2026
197
18:13 / 11 Noyabr 2026
153
18:06 / 11 Noyabr 2026
695
18:01 / 11 Noyabr 2026
112
17:42 / 11 Noyabr 2026
308
17:40 / 11 Noyabr 2026
193
17:35 / 11 Noyabr 2026
450
17:16 / 11 Noyabr 2026
119
17:13 / 11 Noyabr 2026
261
17:12 / 11 Noyabr 2026
118
16:35 / 11 Noyabr 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.