Sabirabadda azyaşlı velosipedçini avtomobil vuraraq öldürüb
03 İyun 2026, 18:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
907
13.05.2026, 22:38
Qurban bayramı yaxınlaşdıqca vətəndaşları maraqlandıran əsas məsələlərdən biri də hansı heyvanların qurban kəsilməsinin dini qaydalara uyğun olub-olmamasıdır. Bəzi insanlar qiymətə və ya əlçatanlığa görə seçim etsə də, din xadimləri bildirirlər ki, qurbanlıq heyvanın həm növü, həm yaşı, həm də səmimilik vəziyyəti müəyyən şərtlərə cavab verməlidir. Yanlış seçim isə ibadətin düzgün sayılmamasına səbəb ola bilər.
Oxu24.com mövzu ilə bağlı ilahiyyatçı Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, Qurban ibadəti İslamda sadəcə heyvan kəsmək demək deyildir:
“Bu ibadətin əsasında insanın Allaha yaxınlaşması, paylaşması, mərhəməti və itaəti dayanır. Qurani Kərimdə buyurulur ki, “Onların nə əti, nə də qanı Allaha çatır. Allaha çatan yalnız sizin təqvanızdır” (Həcc surəsi 37). Bu ayə göstərir ki, qurbanın əsas mahiyyəti görüntü, adət və ya sadəcə ət kəsib paylaşmaq və onu bişirib yemək deyil. Burada əsas məsələ ixlas, Allaha qarşı səmimilik, düzgün niyyət və dini qaydalara əməl etməkdir. Ona görə də qurbanlıq heyvan seçərkən həm şəriət qaydalarına, həm də təmizlik məsələlərinə diqqət etmək vacibdir. İslam qaydalarına görə qurban üçün əsasən qoyun, keçi, inək, camış və dəvə kimi heyvanlar nəzərdə tutulur. Toyuq, qaz, hinduşka və ya digər vəhşi heyvanlardan qurban kəsmək olmaz. Bu məsələ həm Quranda, həm də hədislərdə açıq şəkildə göstərilib. Məhəmməd peyğəmbər (s.ə.s) və onun səhabələri də əsasən bu heyvanlardan (qoyun, keçi, inək, camış və dəvə) qurban kəsiblər. Heyvanın yaşı da mühüm şərt sayılır. Qoyun və keçinin ən azı bir yaşını tamamlaması, inək və camışın iki yaşına çatması, dəvənin isə beş yaşını keçməsi lazımdır. Böyük İslam alimləri, o cümlədən İmam Nəvəvi, İbn Qudamə və İmam Əbu Hənifə bu məsələdə hədislərə əsaslanaraq eyni mövqeni bildiriblər. Peyğəmbərimiz (s.ə.s) buyururdu ki, qurbanlıq heyvan sağlam və nöqsansız olmalıdır. Kor, bir gözü çıxmış, çox arıq, yeriyə bilməyəcək qədər xəstə, qulağının və ya quyruğunun böyük hissəsi kəsilmiş heyvanların qurban kəsilməsi düzgün hesab olunmur. Bu barədə səhih hədislər Buxari, Müslim, Sünən Əbu Davud və Sünən Tirmizi kimi hədis kitablarında qeyd olunub”.
O qeyd edib ki, bu məsələnin həm dini, həm də tibbi tərəfi var:
“Çünki xəstə heyvanın əti insan sağlamlığı üçün də təhlükə yarada bilər. Müasir baytarlıq elmi göstərir ki, bəzi yoluxucu xəstəliklər heyvandan insana keçə bilir. Ona görə qurbanlıq heyvanın baytarlıq yoxlamasından keçməsi, sağlam olması və gigiyenik şəraitdə saxlanılması vacib şərtdir. Vətəndaşlar çalışmalıdırlar ki, xəstə olan, bilmədikləri, tanımadıqları, qeyri sağlam heyvanlar kəsməkdən uzaq qalsınlar. Xüsusilə küçələrdə və antisanitar şəraitdə heyvan kəsilməsindən uzaq durmalıdırlar. Bu həm dinin təmizlik prinsipinə, həm də ictimai sağlamlıq qaydalarına uyğun deyil. İslam təmizliyə böyük əhəmiyyət verir. Bir hədisdə buyurulur ki, “Təmizlik imanın yarısıdır” Səhih Müslim. Qurbanlıq heyvana əziyyət vermək də dinə ziddir. İslam heyvana qarşı mərhəməti vacib sayır. Peyğəmbərimiz (s.ə.s) buyurub ki, heyvan kəsərkən ona əziyyət verməyin, bıçağı itiləyin və heyvanı rahat edin. Bu gün dünyanın bir çox ölkəsində tətbiq olunan humanist heyvan kəsimi prinsipləri də əslində İslamın əsrlər əvvəl qoyduğu mərhəmət qaydalarına yaxındır. Bəzən insanlar ucuz olduğu üçün çox zəif, xəstə və ya dini şərtlərə uyğun olmayan heyvan almağa çalışırlar. Halbuki qurban ibadətində əsas məsələ qiymət deyil, qəbul olunacaq ibadətdir. İnsan çalışmalıdır ki, imkanı daxilində sağlam və şəriətə uyğun heyvan seçsin. Əgər pulun çatmırsa, imkanın yoxdursa ucuzdur deyə xəstə və zəif heyvanı alıb kəsmək düzgün yanaşma deyil. Qurban bayramı insanlara həm paylaşmağı, həm də sosial həmrəyliyi öyrədən ibadətdir. Burada məqsəd təkcə ət paylamaq deyil, insanın mənəvi dünyasını saflaşdırması, yoxsulu düşünməsi və Allaha yaxınlaşmasıdır. Ona görə qurban ibadətinə sadəcə ənənə kimi yox, məsuliyyətli və şüurlu ibadət kimi yanaşmaq lazımdır. Allah kəsilən qurbanaları qəbul eləsin amin!”.
18:42 / 03 İyun 2026
1
18:06 / 03 İyun 2026
66
17:40 / 03 İyun 2026
63
17:06 / 03 İyun 2026
78
16:52 / 03 İyun 2026
192
16:50 / 03 İyun 2026
83
16:46 / 03 İyun 2026
72
16:43 / 03 İyun 2026
65
16:36 / 03 İyun 2026
98
16:24 / 03 İyun 2026
72
16:21 / 03 İyun 2026
80
16:05 / 03 İyun 2026
438
16:02 / 03 İyun 2026
80
15:59 / 03 İyun 2026
946
15:54 / 03 İyun 2026
78
15:51 / 03 İyun 2026
83
15:42 / 03 İyun 2026
678
15:29 / 03 İyun 2026
69
15:27 / 03 İyun 2026
726
15:25 / 03 İyun 2026
120
15:20 / 03 İyun 2026
78
15:14 / 03 İyun 2026
98
15:06 / 03 İyun 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.