Azərbaycanın əməkdar artisti VƏFAT ETDİ
11 Noyabr 2026, 21:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2566
13.05.2026, 20:58
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə əlaqədar yollarda tənzimləmənin aparılması və tətbiq ediləcək məhdudiyyətlər səbəbindən mayın 16-dan 28 sayda avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir, 4 sayda ekspress marşrutun fəaliyyəti isə müvəqqəti dayandırılır.
Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Dəyişikliyə əsasən,
Başlanğıc dayanacaq məntəqələri Zabrat, Ramana qəsəbələri və Savalan yaşayış massivi olan 148, 162, 197 və 198 nömrəli marşrutların son dayanacağı Sabunçu dəmiryol stansiyasının qarşısında təşkil ediləcək.
Başlanğıcını Ramana (Gülçülük sovxozu) və Pirşağı qəsəbələrindən götürən 166, 173A və 173B nömrəli marşrutların son dayanacaq məntəqəsi metronun “Ulduz” stansiyasının yaxınlığında, Xəlil Rza Ulutürk küçəsi olacaq. Avtobuslar Balaxanı yolu ilə hərəkət edəcək.
Başlanğıc dayanacaqları Buzovna və Maştağa qəsəbələri olan 107, 107A və 131 nömrəli, eləcə də Binə qəsəbəsi (Atçılıq yaşayş massivi) olan 168 və 169 nömrəli marşrutların son dayanacaq məntəqəsi metronun “Neftçilər” stansiyasının yaxınlığında, Rüstəm Rüstəmov küçəsində təşkil ediləcək. Avtobuslar Bakıxanov qəsəbəsindən keçəcək.
Başlanğıcını Zabrat və Ramana qəsəbələrindən götürən 118A, 118B və 204 nömrəli marşrutların Bakıxanov qəsəbəsindən keçməklə, həmçinin, başlanğıc dayanacağı Keşlə qəsəbəsi olan 15 nömrəli marşrutun son dayanacağı metronun “Qara Qarayev” stansiyasının yaxınlığında, Azər Manafov küçəsində olacaq.
Başlanğıc dayanacaq məntəqələri Ramana qəsəbəsi olan 214 və 214A nömrəli marşrutların son dayanacağı Naxçıvanski küçəsində, “8-ci kilometr” bazarının yaxınlığında təşkil ediləcək. Avtobuslar Bakıxanov qəsəbəsindən keçməklə hərəkət edəcək.
Başlanğıcını Sabunçu qəsəbəsindən götürən 70 nömrəli marşrut Bakıxanov qəsəbəsindən keçəcək.
Metronun “Azadlıq prospekti” stansiyasından başlanğıcını götürən 71 nömrəli marşrutun son dayanacaq məntəqəsi Ziya Bünyadov prospektində, “Koroğlu” NMM-in yaxınlığında olacaq.
32 və 125 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqəsi “28 May” NMM-dən çıxarılaraq Dilarə Əliyeva küçəsində, Səməd Vurğun bağının yanında təşkil ediləcək.
“Cəmşid Naxçıvanski adına Hərbi Lisey” istiqamətindən hərəkət edən 60 nömrəli marşrutun avtobusları “Koroğlu” NMM-ə daxil olmadan Heydər Əliyev prospektinin kənar hərəkət hissəsində, metronun “Koroğlu” stansiyasının yaxınlığında dayanmaqla fəaliyyət göstərəcək.
18 və 31 nömrəli marşrutların son dayanacaq məntəqəsi İstiqlaliyyət küçəsi, Qoşa Qala qapısının yanından çıxarılaraq Əhməd Cavad küçəsində təşkil ediləcək.
199 və M8 nömrəli marşrutların aralıq dayanacaq məntəqəsi - “Gənclik” NMM hərəkət sxemindən çıxarılaraq Əhməd bəy Ağaoğlu küçəsində təşkil olunacaq.
133 nömrəli marşrutun son dayanacağı “Gənclik” NMM-dən çıxarılaraq Fətəli xan Xoyski küçəsində, “Gənclik Mall”un qarşısında təşkil ediləcək.
Hövsan, Mərdəkan qəsəbələri və metronun “Xalqlar Dostluğu” stansiyası istiqamətlərində fəaliyyət göstərən 120E, 121E, 140E və E1 nömrəli ekspres marşrutların fəaliyyəti müvəqqəti dayandırılacaq.
21:14 / 11 Noyabr 2026
1
21:08 / 11 Noyabr 2026
73
21:05 / 11 Noyabr 2026
31
20:58 / 11 Noyabr 2026
64
20:49 / 11 Noyabr 2026
329
20:47 / 11 Noyabr 2026
59
20:28 / 11 Noyabr 2026
71
20:22 / 11 Noyabr 2026
97
20:19 / 11 Noyabr 2026
75
20:08 / 11 Noyabr 2026
82
19:57 / 11 Noyabr 2026
396
19:49 / 11 Noyabr 2026
109
19:43 / 11 Noyabr 2026
96
19:33 / 11 Noyabr 2026
115
19:19 / 11 Noyabr 2026
164
19:07 / 11 Noyabr 2026
108
18:42 / 11 Noyabr 2026
461
18:39 / 11 Noyabr 2026
233
18:35 / 11 Noyabr 2026
182
18:30 / 11 Noyabr 2026
218
18:29 / 11 Noyabr 2026
245
18:23 / 11 Noyabr 2026
147
18:17 / 11 Noyabr 2026
237
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.