Qaynar xətt:

(+99450) 247 90 86

Yüksək vəzifə verilən  Dinar  Qəhrəmanova  KİMDİR? -FOTO+DOSYE

Yüksək vəzifə verilən  Dinar  Qəhrəmanova  KİMDİR? -FOTO+DOSYE

CƏMİYYƏT

1084

13.05.2026, 14:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Respublika Endokrinoloji Mərkəzinin direktoru vəzifəsinə Qəhrəmanova Dinar İlqar qızı təyin edilib.

Oxu24.com xəbər verir ki, qurumun icraçı direktoru Anar Bayramov bununla bağlı müvafiq əmr imzalayıb.

D.Qəhrəmanova 2001-2007-ci illərdə Odlar Yurdu Universitetinin Müalicə işi fakültəsini bitirdikdən sonra, 2007-2008-ci illərdə Azərbaycan Tibb Universitetində internaturanı tamamlayaraq, 2023-cü ildə praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiqləyən sertifikasiya imtahanından keçib.

2014-2024-cü illərdə Sabunçu Tibb Mərkəzinin Terapiya şöbəsində həkim, 2014-cü ildən hazırkı təyinatına qədər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Ailə təbabəti kafedrasının assistenti, həmçinin 2024-cü ildən Respublika Endokrinoloji Mərkəzinin Poliklinika şöbəsinin müdiri vəzifəsində çalışıb.

D.Qəhrəmanova ÜST-nin yerli və beynəlxalq seminar və təlimlərində iştirak edib. O, həmçinin Qatar, İspaniya və Sloveniyada keçirilən beynəlxalq konqres və seminarlarda iştirakçı olub.