Məzunlara icarəyə avtomobil verənləri CƏZA GÖZLƏYİR
06 İyun 2026, 22:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
448
13.05.2026, 13:49
12 may 2026-cı il tarixində Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli Azərbaycanın regionda sülhün müəllifi olduğunu vurğulayaraq, medianın bu prosesdəki rolunu xüsusi qeyd edib.
Natiq Məmmədli bildirib ki: “Azərbaycan mediası dünyada sülhün təbliğatçısı olmalıdır. Sülhü və sülh prinsiplərini təbliğ etmək medianın əsas vəzifəsidir”.
Mövzu ilə bağlı Oxu24.com-un suallarını cavablandıran Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli bildirib ki, Natiq Məmmədlinin vurğuladığı bu yanaşma müasir informasiya cəmiyyətinin mahiyyətinə tam uyğundur və medianın ictimai məsuliyyətini ifadə edir.
Ekspert ilk növbədə vurğulayıb ki, media yalnız xəbəri çatdıran texniki vasitə deyil, həm də ictimai rəy formalaşdıran, ictimai münasibətlərə təsir göstərən strateji institutdur. Bu strateji yanaşmanın davamı kimi o qeyd edib ki, medianın sülh ideyalarının yayılmasında da rolu əvəzsizdir. M.Ələsgərlinin fikrincə, sülh ideyalarının təşviq olunması həm milli təhlükəsizlik, həm də regional sabitlik baxımından xüsusi əhəmiyyət daşıyır.
Ekspertin sözlərinə görə, media subyektlərinin və jurnalistlərin sülh mühitinin yaradılmasındakı rolu ilk növbədə informasiyanın təqdimat formasında özünü göstərir. O bildirib ki, münaqişə şəraitində istifadə olunan dil, başlıq seçimi, emosional ifadələr və hadisələrin interpretasiyası cəmiyyətlər arasında gərginliyi artıra, yaxud qarşılıqlı anlaşma imkanlarını genişləndirə bilər.
Müşfiq Ələsgərli media nəzəriyyələrinə istinad edərək əlavə edib :
“Peşəkar jurnalistika nifrət nitqindən, aqressiv ritorikadan və stereotipləri gücləndirən yanaşmalardan uzaq dayanmağı bacarmalıdır. Media icmalar arasında dialoqun formalaşmasına xidmət etməlidir. Medianın əsas missiyalarından biri cəmiyyətlər arasında etimad mühitinin qurulmasına töhfə verməkdir. Jurnalistlər insanların münaqişələrə emosional deyil, rasional yanaşmasına şərait yaratmalıdırlar”.
Ekspert açıqlamasının davamında jurnalistlərin üzərinə düşən humanitar vəzifələri xatırladıb. O qeyd edib ki, jurnalistlər konfliktlərin yalnız hərbi və siyasi tərəflərini deyil, humanitar nəticələrini də işıqlandırmalıdırlar. Eyni zamanda müharibələrin insan talelərinə, ailələrə, uşaqlara və sosial rifaha təsirini göstərən materiallar cəmiyyətə çatdırılmalıdır.
Müşfiq Ələsgərli manipulyasiyalara qarşı mübarizənin vacibliyini vurğulayaraq bildirib ki, jurnalistlər qarşı tərəf haqqında demonizasiya yaradan stereotipləri deyil, obyektiv və faktlara əsaslanan məlumatları yaymalıdırlar.
Ekspert beynəlxalq praktikada mövcud olan “sülh jurnalistikası” modelinin prinsiplərini xatırladaraq qeyd edib ki, media qarşıdurmanı qızışdırmaq deyil, həll yollarını və dialoq imkanlarını ön plana çıxarmalıdır.
Onun fikrincə, Azərbaycan mediası artıq bu istiqamətdə ciddi işlər görür:
1.Regional əməkdaşlıq, iqtisadi inteqrasiya və kommunikasiya layihələri barədə geniş analitik materiallar hazırlanır.
2.Cəmiyyətə göstərilir ki, davamlı sülh yalnız siyasi razılaşma deyil, həm də iqtisadi inkişaf, təhlükəsizlik və rifah deməkdir.
3.Beynəlxalq auditoriyaya region reallıqları barədə obyektiv informasiyalar çatdırılmaqla dezinformasiyalara qarşı təsirli platforma rolunu oynayır.
Sonda ekspert bu prosesin birtərəfli olmaması barədə xəbərdarlıq edib. O bildirib ki, münaqişə şəraitində olmuş cəmiyyətlərin hər birində sülh meylləri təşviq edilməlidir.
Müşfiq Ələsgərli aktual bir sualla çıxışını tamamlayıb:
“Biz Azərbaycan mediası tərəfindən sərgilənən sülhyaratma meylini regionumuzun digər dövlətlərinin media subyektlərinin fəaliyyətində də müşahidə edə bilirikmi?".
O, bu sual ətrafında ciddi araşdırma aparmağa zərurət olduğunu xüsusi vurğulayıb.
Hazırladı: Çimnaz Telmanqızı
22:27 / 06 İyun 2026
25
21:39 / 06 İyun 2026
72
21:39 / 06 İyun 2026
71
21:26 / 06 İyun 2026
83
21:09 / 06 İyun 2026
96
20:09 / 06 İyun 2026
134
19:55 / 06 İyun 2026
103
19:37 / 06 İyun 2026
1152
19:35 / 06 İyun 2026
136
19:32 / 06 İyun 2026
384
19:29 / 06 İyun 2026
135
19:10 / 06 İyun 2026
866
19:09 / 06 İyun 2026
100
19:03 / 06 İyun 2026
276
18:57 / 06 İyun 2026
112
18:40 / 06 İyun 2026
122
18:22 / 06 İyun 2026
122
17:54 / 06 İyun 2026
95
15:08 / 06 İyun 2026
136
15:05 / 06 İyun 2026
149
14:50 / 06 İyun 2026
290
14:44 / 06 İyun 2026
166
14:11 / 06 İyun 2026
156
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.