Nazirlər Kabinetindən YENİ QƏRAR:5 il müddətinə...
13 Noyabr 2026, 18:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
709
01.03.2026, 11:31
Bu gün Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) 106 yaşı tamam olur.
Oxu24.com xatırladır ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən 1920-ci il martın 1-də yaradılan AZƏRTAC sonralar sovet hakimiyyəti illərində müxtəlif adlar altında fəaliyyət göstərib.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra agentlik özünün tarixi adını qaytarıb. Belə ki, 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən isə Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılmağa başlanıb.
AZƏRTAC rəsmi məlumatlarla bərabər, fasiləsiz olaraq səkkiz - Azərbaycan, ingilis, rus, alman, fransız, ərəb, Çin və ispan dillərində ictimai-siyasi və iqtisadi mövzularda, habelə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. barədə dəqiq və operativ informasiya yayır.
AZƏRTAC-ın Videosaytı və Uşaq Bilik Portalı da fəaliyyət göstərir.
AZƏRTAC foto və yazılı informasiyalarla yanaşı, ölkənin sosial, siyasi, iqtisadi, idman həyatından beş dildə videoxəbərlər hazırlayır, onları azertag.az saytı, xəbər bülletenləri, həm də sosial şəbəkə hesabları (agentliyin müxtəlif dillərdə və fərqli profilli ümumilikdə 30 sosial şəbəkə səhifəsi var) vasitəsilə yayır.
Agentliyin Multimedia və videoxəbər xidməti isə "Gəzdim Azərbaycanı", "Abidələrimiz", "Dünya şəhərləri" və digər bir sıra layihələr hazırlayır.
Bundan əlavə, AZƏRTAC son illərdə 50-yə yaxın xarici xəbər agentliyi ilə əməkdaşlıq müqaviləsi imzalayıb, 5 qitədə fəaliyyət göstərən agentliklərlə informasiya mübadiləsi aparır. Həmçinin beynəlxalq və regional media təşkilatları çərçivəsində "Associated Press", "Reuters", "Press Association", DPA, "Xinxua" və bir sıra digər nüfuzlu xəbər yayımçıları ilə əməkdaşlıq edir. Dünya Xəbər Agentlikləri Konqresi Şurasının, Avropa Xəbər Agentlikləri Alyansının (EANA), Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) fəal üzvlərindən biridir. 2016-cı ildən 2019-cu ilədək Dünya Xəbər Agentlikləri Konqresinə və OANA-ya eyni vaxtda sədrlik etməklə adını dünya media tarixinə yazdırıb. Ötən il isə İstanbulda Türk Xəbər Agentlikləri Birliyinin (ATNA) təsis Baş Assambleyasında AZƏRTAC ATNA-nın baş katibi seçilib.
Oxu24.com AZƏRTAC-da çalışan həmkarlarını təbrik edir, yeni uğurlar arzulayır.
18:31 / 13 Noyabr 2026
29
18:26 / 13 Noyabr 2026
35
18:15 / 13 Noyabr 2026
45
18:04 / 13 Noyabr 2026
156
17:59 / 13 Noyabr 2026
77
17:46 / 13 Noyabr 2026
86
17:30 / 13 Noyabr 2026
77
17:18 / 13 Noyabr 2026
75
17:13 / 13 Noyabr 2026
240
17:07 / 13 Noyabr 2026
88
16:59 / 13 Noyabr 2026
88
16:51 / 13 Noyabr 2026
98
16:37 / 13 Noyabr 2026
122
16:29 / 13 Noyabr 2026
97
16:08 / 13 Noyabr 2026
254
16:00 / 13 Noyabr 2026
104
15:42 / 13 Noyabr 2026
376
15:37 / 13 Noyabr 2026
111
15:30 / 13 Noyabr 2026
127
15:01 / 13 Noyabr 2026
152
14:59 / 13 Noyabr 2026
298
14:50 / 13 Noyabr 2026
160
14:46 / 13 Noyabr 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.