Avtomobil təkərinin üzərindəki 205/55 R16, 91V və digər rəqəmlər nə deməkdir? – Sürücülərin bilməli olduğu vacib məlumatlar
13 Noyabr 2026, 18:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
11527
27.02.2026, 20:47
Ali təhsil müəssisələrində dərs saatları 90 dəqiqədən endirilə bilər.
Təklif edilir ki, Azərbaycan Universitetlərində dərs saatları 90 dəqiqədən 60-70 dəqiqəyə endirilsin.
Azərbaycanın ali təhsil sistemində dərs müddətinin qısaldılması mövzusu həm tələbələr, həm də müəllim heyəti arasında kifayət qədər aktual və müzakirə olunan məsələlərdən biridir. Hazırda əksər universitetlərdə bir akademik məşğələ (cütlük) 90 dəqiqə təşkil edir.
Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi Oxu24.com-a açıqlamasında bildirib ki, dərs saatlarının 90 dəqiqədən 60-70 dəqiqəyə endirilməsi təhsilalanlar üçün, eyni zamanda təhsilverənlər üçün vacib əhəmiyyət kəsb edir:
“Çünki, burada qeyri-ixtisas fənlərinin hesabına müvafiq olaraq dərs saatları artır.Eyni zamanda, beynəlxalq standartda da akademik dərs saatında nəzərdə tutulan 55-60 dəqiqədirsə, mühazirə saatları da demək olar ki, dünyanın əksər ölkələrində 85-90 dəqiqə müddətində olur. Biz demək olar ki, əksəriyyətini - həm akademik dərs saatlarını, həm də ümumi mühazirə saatlarını elə 85-90 dəqiqə tədris edirdik.
Hesab edirəm ki, bizdə də akademik dərs saatları ən azı 60 dəqiqəyə qədər olmalıdır. Mühazirə saatlarında isə ən azı vaxtı 70 dəqiqəyə qədər endirmək olar. Əvvəlki kimi mühazirələrin yazılması planı, yəni süni intellektin inkişaf etdiyi bir dövrdə əlavə mühazirələrin yazılması da müəyyən qədər zaman alır. Burada demək olar ki, bütün informasiyalara çıxış imkanı əlçatandır.
Ona görə də belə bir amilin, dəyişikliyin olması vacibdir. Burada qeyri-ixtisas fənlərini ləğv etməklə kadrları daha çox öz ixtisasları ilə bağlı hazırlaya bilərik. Bu da müsbət nəticələr verə bilər. Xüsusi bir dəyişiklik gözlənilməsi məsələsi də tədrisin, məsələn, 4 il ərzində deyil, 3 il müddətində başa çatmasına gətirib çıxarar.
Burada əsas problem dərs saatlarının uyğunluğu deyil. Burada vacib olan ümumi tədris prosesinin daha keyfiyyətli tədris olunmasıdır. Və düşünürəm ki, biz tədris keyfiyyətini, tədris üsulunu müasir çağırışlara uyğun tərtib edəriksə, bu kimi məsələlər də problem olaraq aradan qalxmış olar”.
Çimnaz Telmanqızı
18:59 / 13 Noyabr 2026
18
18:59 / 13 Noyabr 2026
44
18:50 / 13 Noyabr 2026
52
18:38 / 13 Noyabr 2026
63
18:31 / 13 Noyabr 2026
60
18:26 / 13 Noyabr 2026
62
18:15 / 13 Noyabr 2026
71
18:04 / 13 Noyabr 2026
264
17:59 / 13 Noyabr 2026
91
17:46 / 13 Noyabr 2026
97
17:30 / 13 Noyabr 2026
89
17:18 / 13 Noyabr 2026
82
17:13 / 13 Noyabr 2026
290
17:07 / 13 Noyabr 2026
98
16:59 / 13 Noyabr 2026
96
16:51 / 13 Noyabr 2026
106
16:37 / 13 Noyabr 2026
127
16:29 / 13 Noyabr 2026
102
16:08 / 13 Noyabr 2026
273
16:00 / 13 Noyabr 2026
112
15:42 / 13 Noyabr 2026
398
15:37 / 13 Noyabr 2026
121
15:30 / 13 Noyabr 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.