Qaynar xətt:

(+99450) 247 90 86

“Benzin istehsalında azalma yalnız bu halda risk siqnalı ola bilər” – İqtisadçı 7,3% azalmadan danışıb  

“Benzin istehsalında azalma yalnız bu halda  risk siqnalı ola bilər” – İqtisadçı   7,3% azalmadan danışıb  

CƏMİYYƏT

1642

27.02.2026, 15:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dövlət Statistika Komitəsi  verir ki, 2026-cı ilin yanvar ayında Azərbaycanda 114,9 min ton avtomobil benzini istehsal edilib. Məlumatda deyilir ki,   fevralın 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 65,7 min ton olub. Bir sözlə,  ötən ilin müvafiq dövrü ilə müqayisədə benzin istehsalı 7,3% azalıb. 

Mövzu ilə bağlı Oxu24.com xəbər portalının suallarını  Liberal İqtisadçılar Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Akif Nəsirli  cavablandırıb.

 İqtisadçı bildirib ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi-nin açıqladığı məlumata görə, benzin istehsalının 7,3% azalması ilk baxışdan mənfi tendensiya kimi görünə bilər. Amma  bu azalmanın  iqtisadiyyata hər hansı mənfi və ya müsbət  təsiri olduğunu bilmək üçün proses mütəxəssislər tərəfindən dəyərləndirilməlidir.

 İqtisadçı mühüm bir  detalı  diqqətə çəkərək bildirib ki, əgər azalma daxili tələbatın zəifləməsi ilə bağlıdırsa, bu, iqtisadi aktivliyin, xüsusilə nəqliyyat, logistika və istehlak sahələrində inkişafın yavaşlamasına işarə edə bilər.

"Bu halda yanacaq satışı, aksiz və digər vergi daxilolmaları azala bilər ki, bu da büdcə gəlirlərinə müəyyən təsir göstərər.

 Digər tərəfdən, istehsalın azalması planlı təmir işləri, modernizasiya prosesi və ya xam neft emalı strukturunda dəyişikliklərlə bağlı ola bilər. Bu halda azalma müvəqqəti xarakter daşıyır və uzunmüddətli perspektivdə daha səmərəli istehsala keçid demək ola bilər. Anbarlarda 65,7 min ton hazır məhsul ehtiyatının qalması isə göstərir ki, bazarda kəskin qıtlıq riski yoxdur. Əgər daxili tələbat sabitdirsə və ehtiyatlar kifayət edirsə, istehsalın azalması qiymətlərə və bazar sabitliyinə ciddi təsir göstərməyə bilər. Yəni, bu azalmanın iqtisadiyyata zərərli olub-olmaması səbəbdən asılıdır. Əgər səbəb tələbin daralmasıdırsa, bu, müəyyən risk siqnalı sayılır. Yox, əgər bu azalma texniki və ya struktur xarakterlidirsə, o zaman ciddi mənfi nəticə doğurmaya da bilər”- deyə Akif Nəsirli  vurğulayıb.

 Əntiqə Rəşid

Digər xəbərlər

Teymur Hacıyev işdən çıxarılıb

19:23 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Teymur Hacıyev işdən çıxarılıb

2

0
2027-ci ildə pensiyaçılar üçün yeni artım – 640 manatla bağlı gözlənti

19:05 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2027-ci ildə pensiyaçılar üçün yeni artım – 640 manatla bağlı gözlənti

30

0
5 il əvvəl çıxdığı işə qayıdır?

18:59 / 13 Noyabr 2026

ŞOU-BİZNES ŞOU-BİZNES

5 il əvvəl çıxdığı işə qayıdır?

46

0
medialiteracy-media-gov
Avtomobil təkərinin üzərindəki 205/55 R16, 91V və digər rəqəmlər nə deməkdir? – Sürücülərin bilməli olduğu vacib məlumatlar  

18:59 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Avtomobil təkərinin üzərindəki 205/55 R16, 91V və digər rəqəmlər nə deməkdir? – Sürücülərin bilməli olduğu vacib məlumatlar  

64

0
İnsanlarla danışarkən üzünüz qızarır, səsiniz titrəyir və həyəcanlanırsınız? – Psixiatr sosial təşvişin əlamətlərini açıqladı  

18:50 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

İnsanlarla danışarkən üzünüz qızarır, səsiniz titrəyir və həyəcanlanırsınız? – Psixiatr sosial təşvişin əlamətlərini açıqladı  

66

0
Azərbaycan Avropa siyasi məkanının əsas tərəfdaşına çevrilir – Dublindəki Zirvə Toplantısının əhəmiyyəti nədən ibarətdir? — DEPUTAT AÇIQLADI  

18:38 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Avropa siyasi məkanının əsas tərəfdaşına çevrilir – Dublindəki Zirvə Toplantısının əhəmiyyəti nədən ibarətdir? — DEPUTAT AÇIQLADI  

84

0
Ukrayna Azərbaycanı niyə özünə nümunə görür? – SƏBƏBLƏR AÇIQLANDI  

18:31 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Ukrayna Azərbaycanı niyə özünə nümunə görür? – SƏBƏBLƏR AÇIQLANDI  

72

0
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb 

18:26 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb 

76

0
Azər Allahverənov: "Prezidentin Dublin səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini təsdiqləyir"

18:15 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azər Allahverənov: "Prezidentin Dublin səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini təsdiqləyir"

86

0
Nazirlər Kabinetindən YENİ QƏRAR:5 il müddətinə...

18:04 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Nazirlər Kabinetindən YENİ QƏRAR:5 il müddətinə...

286

0
Qarabağ və Şərqi Zəngəzurun bərpası Ukrayna üçün niyə vacibdir? – Ukraynalı politoloqdan MÜHÜM AÇIQLAMA  

17:59 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Qarabağ və Şərqi Zəngəzurun bərpası Ukrayna üçün niyə vacibdir? – Ukraynalı politoloqdan MÜHÜM AÇIQLAMA  

96

0