Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda bu sözlər qadağan edilə bilər? – AÇIQLAMA 

Azərbaycanda bu sözlər qadağan edilə bilər? – AÇIQLAMA 

CƏMİYYƏT

783

26.02.2026, 22:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Professor Sevinc Əliyeva deyib ki, Azərbaycanın efir məkanında türk dilindən gəlmiş sözlərdən (məsələn, ilgilənmək, bəlirləmək) istifadə edilməməlidir. Bunun üçün televiziyalarda xüsusi şuralar yaradılmalı və ciddi nəzarət tətbiq olunmalıdır. Diqqətçəkən məqam ədəbi dil və media məkanında yüzlərlə əcnəbi mənşəli (ərəb, fars, fransız, latın, yunan və s.) sözlərin rahatlıqla işlədilməsidir.

 Türk dilinə qarşı bu münasibətin səbəbi, hədəfi nə ola bilər?

Oxu24.com  bildirir ki, globalinfo.az-a danışan media eksperti Zeynal Məmmədli bu yanaşma ilə razılaşmadığını vurğulayıb:

 

“Düzü, bilmirəm, bu yanaşmanın kökündə nə dayanır. Sanki bəzi insanlar öz irsini sevmir, ya da sevmək istəmirlər.

 

Məsələn, deyirlər ki, biz Oğuz kökündənik. Hamımızın soykökü eynidirsə, bəs niyə bu sözləri işlətməyək? Sabah bu məntiq digər sözlərə də şamil olunacaq. Məsələn, deyirlər? gündəlik ifadələr efirdə işlədilə bilməz, amma yad sözlərə icazə verilir. Anadolu türkcəsindən gələn sözlərin dilimizə problem yaratması isə məncə, gülünc yanaşmadır.

Sözlərin kökü öz dilimizdədirsə, onları niyə qadağan edək? Dilimizlə bağlı qorxu yaratmaq düzgün deyil. Biz babalarımızın dilindən danışırıq, ondan qorxmalı deyilik”.

 

Türkoloq, dosent Faiq Ələkbərlinin fikrincə, Azərbaycan dili elə türk dilidir:

 

“Türkiyə türkləri və Azərbaycan türkləri bir xalqdır, bir atanın, bir ananın övladlarıdır. Bəzi kəlmələrin Türkiyə türkcəsində olduğu üçün Azərbaycan türkcəsində işlədilməsinin qadağan edilməsi doğru deyil. Əgər belə yanaşsaq, onda Hüseyn Cavidləri, Əhməd Cavadları, Məhəmməd Füzuliləri, Nəsimiləri və Azərbaycan xalqının tarixində yer tutmuş bütün böyük ədiblərdən imtina etməli olardıq. Bu isə mümkün deyil”.

 

Türkoloq deyib ki, “ilgilənmək”, “bəlirləmək” kimi sözlər sovet dövründə, xüsusilə 1920-1930-cu illərdə qadağan olunub:

 

“1930-cu illərin ortalarından sonra Sovet Rusiyası məqsədli şəkildə Azərbaycan dilini Türkiyə türkcəsindən ayırmaq siyasəti aparıb. Buna görə də biz sevinməliyik ki, yenidən dilimiz ortaq türk dilinə yaxınlaşır, əlifbamızda birlik yaranır. Bu, həm də dövlət siyasətinin bir hissəsidir. Türk Dövlətləri Təşkilatında əsas məqsədimiz vahid türk dili və vahid türk əlifbasının tədricən formalaşmasıdır. Bunun üçün Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və digər türk xalqlarının dilini zənginləşdirmək vacibdir. Yəni əgər diqqət yetirilməli məsələ varsa, daha çox yad sözlər, məsələn, rus, ingilis, fars, ərəb sözləri  nəzərə alınmalıdır, özümüzə aid sözlərə yox”.

 

F.Ələkbərov bildirib ki, Türkiyədən gələn sözlər əslində bizim dilimizdə olub:

 

“Sadəcə, qadağalar qoyulmuşdu, indi yenidən işlədilir. Əlbəttə, Yeni Azərbaycan türkcəsinin özünəməxsus xüsusiyyətləri var, Türkiyə türkcəsinin də özünəxas formaları mövcuddur. Amma bunların kökü, mahiyyəti, tarixi və gələcəyi bir-birinə bağlıdır. Bu cür məsələlərdə sözləri ayrı-ayrı dil hesab etmək doğru deyil. Mirzə Ələkbər Sabir də qeyd edirdi ki, Osmanlı dili və türk dili arasında ayırmaq düzgün deyil. Osmanlı dili sonradan türk dili adlandırıldı, bizim türk dilimiz isə məcburən Azərbaycan dili adlandırıldı. Əslində, bu da türk dilidir.

 

Bizim gələcəyimiz bir ailədir: türk dünyası və türk ailəsi. Öz dilimizi bu ailə ilə zənginləşdirməkdən başqa çıxış yolu yoxdur”.

Ukrayna Azərbaycanı niyə özünə nümunə görür? – SƏBƏBLƏR AÇIQLANDI  

18:31 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Ukrayna Azərbaycanı niyə özünə nümunə görür? – SƏBƏBLƏR AÇIQLANDI  

81

0
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb 

18:26 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb 

81

0
Azər Allahverənov: "Prezidentin Dublin səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini təsdiqləyir"

18:15 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azər Allahverənov: "Prezidentin Dublin səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini təsdiqləyir"

92

0
Nazirlər Kabinetindən YENİ QƏRAR:5 il müddətinə...

18:04 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Nazirlər Kabinetindən YENİ QƏRAR:5 il müddətinə...

316

0
Qarabağ və Şərqi Zəngəzurun bərpası Ukrayna üçün niyə vacibdir? – Ukraynalı politoloqdan MÜHÜM AÇIQLAMA  

17:59 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Qarabağ və Şərqi Zəngəzurun bərpası Ukrayna üçün niyə vacibdir? – Ukraynalı politoloqdan MÜHÜM AÇIQLAMA  

101

0
Asif Nərimanlı: “Dublin səfəri Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir”  

17:46 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Asif Nərimanlı: “Dublin səfəri Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir”  

111

0
Aydın Mirzəzadə: "Avropa Siyasi Birliyi forumları Avropanın və dünyanın qarşısında duran məsələlərin həllinə xidmət edir"

17:30 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Aydın Mirzəzadə: "Avropa Siyasi Birliyi forumları Avropanın və dünyanın qarşısında duran məsələlərin həllinə xidmət edir"

100

0
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı regional əlaqələrin inkişafına töhfə verə bilər – ŞƏRH

17:18 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı regional əlaqələrin inkişafına töhfə verə bilər – ŞƏRH

95

0
Milli Məclis mühüm məsələləri müzakirə edəcək

17:13 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Milli Məclis mühüm məsələləri müzakirə edəcək

313

0
Tovuzda hamilə bıçaqlanıb 

17:07 / 13 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Tovuzda hamilə bıçaqlanıb 

103

0
Azərbaycanın su təhlükəsizliyi üçün YENİ ADDIM: Ermənistanla hansı razılaşma əldə olunacaq?  

16:59 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycanın su təhlükəsizliyi üçün YENİ ADDIM: Ermənistanla hansı razılaşma əldə olunacaq?  

103

0
Bakıda kafedə insident olub, saxlanılanlar var 

16:51 / 13 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Bakıda kafedə insident olub, saxlanılanlar var 

115

0