Noyabrda sosial müavinət gözləyənlərə RƏSMİ XƏBƏR
13 Noyabr 2026, 19:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
695
26.02.2026, 16:46
Ölkədə istismar müddəti başa çatmış çoxmərtəbəli yaşayış binalarının əsaslı şəkildə yenilənməməsi, yalnız fasad və zirzəmi səviyyəsində təmir işləri ilə kifayətlənilməsi ciddi suallar yaradır. Bu yanaşma binaların zahiri görünüşünü yaxşılaşdırsa da, onların konstruktiv dayanıqlılığı və təhlükəsizlik səviyyəsi ilə bağlı riskləri aradan qaldırmır.
Oxu24.com xəbər verir ki, daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Azadov Demokrat.az-a açıqlamasında bildirib ki, Bakı-Abşeron zonasında təxminən 16 min, ölkə üzrə isə 20 mindən artıq çoxmərtəbəli bina Sovet dövründə inşa olunub və onların istismar müddəti artıq bitib.
"Əslində, bu rəqəm 22-23 minə qədər çata bilər, yəni sayı olduqca böyükdür. Bu binaların təhlili aparılmalıdır, çünki faktiki olaraq istismar müddətləri bitib və onların gündəmdə qalması zamanla bağlıdır. Çox güman ki, hamısının birdən sökülməsi üçün ölkədə ciddi resurslar yoxdur və tikinti şirkətlərinin cəlb olunması mümkün deyil. Növbəti 10 il ərzində bu binaların demək olar ki, dövrədən çıxması mütləqdir, çünki getdikcə qəzalı vəziyyətə çevrilirlər. Hazırda Fövqaladə Hallar Nazirliyinin məlumatına görə, 1100 bina qəzalı və qismən qəzalı vəziyyətdədir; onlardan təxminən 190 bina bir il öncə yaşayış üçün təhlükəli kimi qeydə alınıb. Qalan binaların, xüsusilə regionlardakı binaların da təhlil olunması lazımdır", - deyə o qeyd edib.
Elnur Azadovun sözlərinə görə, mövcud vəziyyətdən çıxış yolu mərhələli və sistemli söküntü proqramının tətbiqidir:
"Daha adekvat və faydalı yanaşma üçün istismar müddəti bitmiş binaların ünvanları cəmiyyətə açıqlanmalıdır ki, həm vətəndaşlar məlumatlı olsun, həm də tikinti şirkətləri həmin ünvanlara yaxınlaşaraq razılaşmalar apara bilsinlər. Hazırda tikinti şirkətləri təsadüfi ünvanları seçir, şəhərsalma və digər orqanların razılığından sonra vətəndaşlarla əlaqə saxlayırlar. Bu zaman vətəndaşların seçim imkanı olmur və onlar məcburən həmin şirkətlə razılaşmaq məcburiyyətində qalırlar. Amma tender şəklində elan olunduqda, vətəndaşlar şirkətləri seçə bilər və kompensasiyanın daha münasib formasını qəbul edə bilərlər".
Qeyd olunur ki, istismar müddəti başa çatmış binaların vaxtında qiymətləndirilməsi və mərhələli şəkildə yenilənməsi həm sakinlərin təhlükəsizliyinin təmin olunması, həm də şəhərsalma siyasətinin daha effektiv qurulması baxımından vacib hesab olunur.
20:09 / 13 Noyabr 2026
19
20:06 / 13 Noyabr 2026
28
20:05 / 13 Noyabr 2026
38
19:58 / 13 Noyabr 2026
51
19:53 / 13 Noyabr 2026
137
19:41 / 13 Noyabr 2026
80
19:38 / 13 Noyabr 2026
415
19:35 / 13 Noyabr 2026
67
19:30 / 13 Noyabr 2026
221
19:28 / 13 Noyabr 2026
56
19:23 / 13 Noyabr 2026
77
19:05 / 13 Noyabr 2026
77
18:59 / 13 Noyabr 2026
79
18:59 / 13 Noyabr 2026
87
18:50 / 13 Noyabr 2026
87
18:38 / 13 Noyabr 2026
101
18:31 / 13 Noyabr 2026
89
18:26 / 13 Noyabr 2026
91
18:15 / 13 Noyabr 2026
103
18:04 / 13 Noyabr 2026
343
17:59 / 13 Noyabr 2026
110
17:46 / 13 Noyabr 2026
117
17:30 / 13 Noyabr 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.