Noyabrda sosial müavinət gözləyənlərə RƏSMİ XƏBƏR
13 Noyabr 2026, 19:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3392
26.02.2026, 14:26
Son günlər qalmaqallarla gündəmə gələn prodüser və aparıcı Tarix Əliyev paylaşım edib.
Oxu24.com xəbər verir ki,aparıcı haqqında yayılan xəbərlərin rəsmi xəbər saytlarına istinad edilməli olduğunu bildirib.
"Əziz media nümayəndələri və jurnalistlər,xahiş edirəm ki,mənim haqqımda məlumat yayarkən evdən oturub "dırnaqarası jurnalistika" ilə məşğul olan mənbələrə deyil,dəqiq,etibarlı sayt və mənbələrə istinad edin",-deyə o,bildirib.
Qeyd edək ki,Audiovizual Şura ötən gün verilişlər haqqında açıqlama yayıb.
"Son günlər Audiovizual Şuranın rəsmi veb-saytı, elektron poçtu və digər əlaqə vasitələri ilə vətəndaşlardan, eyni zamanda media nümayəndələrindən şikayət və sorğular daxil olur.Bildirilib ki, həmin müraciətlərin mövzusu bir sıra televiziya proqramları (“Tarixin bir günü”, “Elgizlə izlə” və sairə), onların aparıcıları və ora dəvət olunan qonaqların tənqid olunması ilə bağlıdır.
“Bəzi müraciətlərdə həmin televiziya proqramlarının və ya ümumən kanalların bağlanması tələb olunur.
Məlum olduğu kimi, Audiovizual Şura audiovizual media sahəsində tənzimləməni həyata keçirən dövlət orqanıdır. Audiovizual Şuranın fəaliyyəti və ümumiyyətlə, audiovizual media sahəsinin tənzimlənməsi “Media haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunlar əsasında aparılır. “Media haqqında” Qanunun 5.4-cü maddəsində təsbit olunmuşdur ki, media sahəsində fəaliyyət yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilir.Qeyd olunanlara əsasən bildiririk ki, hər hansı bir proqramın fəaliyyətə başlaması və ya bağlanması, habelə hər hansı bir aparıcının və ya redaksiya əməkdaşının işə götürülməsi və ya işdən çıxarılması, dəvət olunan qonaqların, müzakirə olunan mövzuların müəyyən edilməsi sırf redaksiya siyasəti çərçivəsinə daxil olub Audiovizual Şuranın səlahiyyətlərinə aid deyildir. Audiovizual Şura hər hansı bir kanala (redaksiyaya) qarşı sanksiya və ya inzibati tənbeh tədbiri tətbiq edərkən “Media haqqında” Qanuna və bu sahəni tənzimləyən digər qanunlara əsaslanaraq qərar qəbul edir.
Buna görə də, müraciətlərdə bəzi vətəndaşlar tərəfindən istənilən kimi hər hansı proqramın bağlanmasını və ya aparıcının efirdən uzaqlaşdırılmasını Audiovizual Şura yerinə yetirə bilməz.
Bununla bərabər qeyd olunmalıdır ki, Audiovizual Şura mütəmadi olaraq yayımçıların rəhbərləri ilə, redaksiya üzrə məsul şəxsləri ilə müxtəlif formatlarda görüşlər keçirir. Görüşlərdə televiziya kanalları ilə bağlı ictimaiyyətin haqlı narazılığına səbəb olan məsələlərə dair Audiovizual Şuranın səlahiyyətləri çərçivəsində zəruri tövsiyələrin verilməsi təmin olunur",-deyə açıqlamada qeyd olunur.
20:09 / 13 Noyabr 2026
19
20:06 / 13 Noyabr 2026
28
20:05 / 13 Noyabr 2026
38
19:58 / 13 Noyabr 2026
51
19:53 / 13 Noyabr 2026
137
19:41 / 13 Noyabr 2026
80
19:38 / 13 Noyabr 2026
415
19:35 / 13 Noyabr 2026
67
19:30 / 13 Noyabr 2026
221
19:28 / 13 Noyabr 2026
56
19:23 / 13 Noyabr 2026
77
19:05 / 13 Noyabr 2026
77
18:59 / 13 Noyabr 2026
79
18:59 / 13 Noyabr 2026
87
18:50 / 13 Noyabr 2026
87
18:38 / 13 Noyabr 2026
101
18:31 / 13 Noyabr 2026
89
18:26 / 13 Noyabr 2026
91
18:15 / 13 Noyabr 2026
103
18:04 / 13 Noyabr 2026
343
17:59 / 13 Noyabr 2026
110
17:46 / 13 Noyabr 2026
117
17:30 / 13 Noyabr 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.