Qaynar xətt:

(+99450) 247 90 86

"Anasının sümükləri belə tapılsa, qurban kəsəcəklər..." - Xocalı ilə bağlı TÜKÜRPƏDİCİ FAKT  

\"Anasının sümükləri belə tapılsa, qurban kəsəcəklər...\" - Xocalı ilə bağlı TÜKÜRPƏDİCİ FAKT  

CƏMİYYƏT

1004

26.02.2026, 13:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin növbəti ildönümüdür.Bu gün Xocalı Soyqırımından 34 il ötür.

Oxu24.com-a dərdini danışan Xocalı sakini,  ehtiyatda olan polis polkovniki Akif Mirsiyab oğlu ötənləri belə xatırlayıb.

Polkovnik bildirib ki, hazırda dərdimizi yüngülləşdirən amillər çoxdur.

"2020-ci ilə qədər Xocalı bizim üçün uzaqda qalan sağalmaz bir yara idi. Hər il bu vaxtı əlimizdə qərənfillərlə "Xocalıya ədalət" deyə fəryad edirdik. Ruhumuz əsir, qəlbimiz qırıq idi. Şəhidlərimizin məzarı önündə boynumuz bükük , dilimiz gödək idi, çünki o torpaqlara gedə bilmirdik. Xocalı bizim üçün bitməyən bir həsrət, alınmamış bir qisasın ağır yükü idi.Bu gün isə Xocalı artıq azadlığın simvoludur. 2020-ci ilin Zəfərindən sonra biz bu faciəni artıq məğlub xalq kimi deyil, qalib bir millət kimi anırıq.İndi şəhidlərimizin ruhuna dualar oxuyarkən "qanınız yerdə qalmadı" deyə bilirik. Artıq o torpaqlarda yabançı ayaq izləri deyil, doğma nəfəsimiz var. Xocalı artıq xəritədəki bir nöqtə deyil, bayrağımızın ucaldığı qürur yerimizdir”.

 

Polkovnik onu da qeyd etdi ki, o məşum gecədə  50-yə yaxın qohum- tanışı düşmən  gülləsinə, erməni vəhşiliyinə, rus qəddarlğına tuş gəlib.

"Evimdən isə o dəhşətli gecədə qardaşım – Milli Qəhrəman Tofiq Hüseynov, həm də onun ən yaxın silahdaşı olan, şəhəri müdafiə edən digər qardaşım Bakir Hüseynov qəhrəmanlıqla şəhid oldular. Müharibə ilə əlaqəsi olmayan dinc sakinlərdən atam Mirsiyabin, anam Minəş xanımın,  bacım Qətibənin,  Tofiqin həyat yoldaşı Məxmər xanımın vəhşicəsinə öldürülməsi isə  düşmənimizin namərdliyini, qaniçən olduğunu subut edən faktdır.Onların,eyni zamanda,  qardaşım Bakirin bu günə qədər nə “öldü”sündən xəbərimiz var, nə də “qaldı”sından. Yalnızca, o vaxt Tofiqin nəşi tapıldı və  Bakıda Şəhidlər Xiyabanında dəfn olundu. 34 ildir gözlərimiz yollardadır.Hətta  Tofiqin atasız-anasız qalmış 3 övladı  əhd edib ki, anası Məxmər xanımın sümükləri belə tapılsa qurban kəsəcəklər.Hələ də itkinlərimizin sorağındayıq! Hələ ki,  yaramız qan verməkdə davam edir. Düşünürəm ki,  Xocalı dərdini Böyük Zəfərimiz, Qarabağa Dönüşümüz  yüngülləşdirdi, amma o dərdi heç nə bizə unutdura bilməz,  unutdurmayacaq” -deyə Akif Mirsiyab oğlu vurğulayıb.

Əntiqə Rəşid

2027-ci ildə pensiyaçılar üçün yeni artım – 640 manatla bağlı gözlənti

19:05 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2027-ci ildə pensiyaçılar üçün yeni artım – 640 manatla bağlı gözlənti

77

0
5 il əvvəl çıxdığı işə qayıdır?

18:59 / 13 Noyabr 2026

ŞOU-BİZNES ŞOU-BİZNES

5 il əvvəl çıxdığı işə qayıdır?

79

0
Avtomobil təkərinin üzərindəki 205/55 R16, 91V və digər rəqəmlər nə deməkdir? – Sürücülərin bilməli olduğu vacib məlumatlar  

18:59 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Avtomobil təkərinin üzərindəki 205/55 R16, 91V və digər rəqəmlər nə deməkdir? – Sürücülərin bilməli olduğu vacib məlumatlar  

87

0
İnsanlarla danışarkən üzünüz qızarır, səsiniz titrəyir və həyəcanlanırsınız? – Psixiatr sosial təşvişin əlamətlərini açıqladı  

18:50 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

İnsanlarla danışarkən üzünüz qızarır, səsiniz titrəyir və həyəcanlanırsınız? – Psixiatr sosial təşvişin əlamətlərini açıqladı  

87

0
Azərbaycan Avropa siyasi məkanının əsas tərəfdaşına çevrilir – Dublindəki Zirvə Toplantısının əhəmiyyəti nədən ibarətdir? — DEPUTAT AÇIQLADI  

18:38 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Avropa siyasi məkanının əsas tərəfdaşına çevrilir – Dublindəki Zirvə Toplantısının əhəmiyyəti nədən ibarətdir? — DEPUTAT AÇIQLADI  

101

0
Ukrayna Azərbaycanı niyə özünə nümunə görür? – SƏBƏBLƏR AÇIQLANDI  

18:31 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Ukrayna Azərbaycanı niyə özünə nümunə görür? – SƏBƏBLƏR AÇIQLANDI  

89

0
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb 

18:26 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb 

91

0
Azər Allahverənov: "Prezidentin Dublin səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini təsdiqləyir"

18:15 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azər Allahverənov: "Prezidentin Dublin səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini təsdiqləyir"

103

0
Nazirlər Kabinetindən YENİ QƏRAR:5 il müddətinə...

18:04 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Nazirlər Kabinetindən YENİ QƏRAR:5 il müddətinə...

343

0
Qarabağ və Şərqi Zəngəzurun bərpası Ukrayna üçün niyə vacibdir? – Ukraynalı politoloqdan MÜHÜM AÇIQLAMA  

17:59 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Qarabağ və Şərqi Zəngəzurun bərpası Ukrayna üçün niyə vacibdir? – Ukraynalı politoloqdan MÜHÜM AÇIQLAMA  

110

0
Asif Nərimanlı: “Dublin səfəri Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir”  

17:46 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Asif Nərimanlı: “Dublin səfəri Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir”  

117

0
Aydın Mirzəzadə: "Avropa Siyasi Birliyi forumları Avropanın və dünyanın qarşısında duran məsələlərin həllinə xidmət edir"

17:30 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Aydın Mirzəzadə: "Avropa Siyasi Birliyi forumları Avropanın və dünyanın qarşısında duran məsələlərin həllinə xidmət edir"

108

0