Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb
01 Oktyabr 2026, 22:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
818
26.02.2026, 13:19
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yoxlamalar aparılır.
Oxu24.com "Qaynarinfo"ya istinadən xəbər verir ki, yoxlamalar ötən ilin dekabrından başlanıb və Saleh Məmmədovun AAYDA-nın İdarə Heyətinin sədri olduğu dövrü əhatə edir.
Məlumatda bildirilir ki, yoxlamalar hələ bir müddət davam edəcək. Buna baxmayaraq, artıq maliyyə pozuntuları ilə bağlı ciddi faktlar aşkar edilib.
İddialara görə, bu faktlar, əsasən, Saleh Məmmədovun yaxınlarının çalışdığı qurumları əhatə edir. Buna rəğmən, hələ ki həmin qurumların rəhbərləri barədə hər hansı tədbir görülməyib. Daha doğrusu, müvafiq qurumlar lazımi addımları atmağa tələsmir və yoxlamanın tam başa çatmasını gözləyir.
Məlumata görə, yoxlamaların nəticəsi olaraq AAYDA-da kadr və struktur dəyişiklərinin həyata keçirilməsi gözlənilir. Bildirilir ki, qurumun tabeliyində fəaliyyət göstərən MMC-lər ləğv edilə və regional idarələr yaradıla bilər.
Saleh Məmmədov AAYDA-nın İdarə Heyətinin sədri vəzifəsinə 2017-ci ildə təyinat alıb. O, fevralın 6-da tutduğu vəzifədən azad edilib.
Mediada gedən məlumatlara görə, Saleh Məmmədov AAYDA-nın rəhbərliyinə təyinat aldıqdan sonra qohumlarını müxtəlif vəzifələrə yerləşdirib.
Bununla bağlı yayılan siyahını təqdim edirik:
- Zaur Həmzəyev - əmisi oğlu, 1 saylı Yol İstismar İdarəsinin müdiri;
- Araz Bəndəliyev - xalası oğlu, 10 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin rəhbəri;
- Toğrul Həmzəli - qardaşı oğlu, 9 saylı Yol İstismar İdarəsinin baş mühasibi;
- Təhminə Həmzəyeva - bacısı, AAYDA-nın Əməyin Təşkili şöbəsinin müdiri;
- Mətanət Həmzəyeva - bacısı, "Azəryolelmitəhqiqatlayihə" İnstitutunun baş mühasibi;
- Dilavər Həmzəyev - yeznəsi, 1 saylı Yaşıllaşdırma İdarəsinin müdir müavini;
- Ustubat Niftəliyev - yeznəsi, 3 saylı Yaşıllaşdırma İdarəsinin rəisi.
22:18 / 01 Oktyabr 2026
8
22:07 / 01 Oktyabr 2026
29
21:42 / 01 Oktyabr 2026
49
21:41 / 01 Oktyabr 2026
56
21:31 / 01 Oktyabr 2026
50
21:29 / 01 Oktyabr 2026
51
21:26 / 01 Oktyabr 2026
70
21:25 / 01 Oktyabr 2026
50
21:19 / 01 Oktyabr 2026
56
21:15 / 01 Oktyabr 2026
55
21:08 / 01 Oktyabr 2026
58
20:59 / 01 Oktyabr 2026
61
20:50 / 01 Oktyabr 2026
62
20:45 / 01 Oktyabr 2026
84
20:35 / 01 Oktyabr 2026
66
20:27 / 01 Oktyabr 2026
162
20:19 / 01 Oktyabr 2026
96
20:16 / 01 Oktyabr 2026
66
20:07 / 01 Oktyabr 2026
72
20:05 / 01 Oktyabr 2026
73
19:57 / 01 Oktyabr 2026
63
19:53 / 01 Oktyabr 2026
66
19:47 / 01 Oktyabr 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.