Dolu düşəcək,qar yağacaq — SABAHIN HAVASI
27 Aprel 2026, 12:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4397
25.02.2026, 21:32
Televiziya verilişləri nəzarətə götürülüb.
Azərbaycanda yayımlanan bir neçə tanınmış televiziya proqramı ilə bağlı nəzarət tədbirlərinin gücləndirildiyi bildirilir.
Oxu24.com-un məlumatına görə, aparıcı Zaur Baxşəliyevin təqdim etdiyi “Bizimləsən”, Amil Xəlilin “Gəl danış”, Xoşqədəm Hidayətqızının “Səni axtarıram”, Lalə Azərtacın "Təsir Dairəsi" və Nuranə Gülərin aparıcılıq etdiyi “Çıxış yolu” proqramları monitorinqə cəlb olunub.
Araşdırma çərçivəsində verilişlərdə səsləndirilən fikirlər, iştirakçıların şərəf və ləyaqət hüquqlarının qorunması, şəxsi həyatın toxunulmazlığı və etik davranış qaydalarına əməl olunması məsələləri diqqətlə nəzərdən keçirilir.
Xüsusilə sosial mövzuların ictimailəşdirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunması əsas prioritet kimi göstərilir.
Məqsəd televiziya məkanında yayımlanan proqramların cəmiyyətə təsirinin qiymətləndirilməsi və mümkün hüquq pozuntularının qarşısının alınmasıdır.
Hazırda məsələ ilə bağlı rəsmi qurumların yekun qərarı gözlənilir.
Qeyd edək ki,Audiovizual Şura bu gün iki veriliş haqqında açıqlama yayıb.
"Son günlər Audiovizual Şuranın rəsmi veb-saytı, elektron poçtu və digər əlaqə vasitələri ilə vətəndaşlardan, eyni zamanda media nümayəndələrindən şikayət və sorğular daxil olur.Bildirilib ki, həmin müraciətlərin mövzusu bir sıra televiziya proqramları (“Tarixin bir günü”, “Elgizlə izlə” və sairə), onların aparıcıları və ora dəvət olunan qonaqların tənqid olunması ilə bağlıdır.
Həmçinin oxuyun
“Bəzi müraciətlərdə həmin televiziya proqramlarının və ya ümumən kanalların bağlanması tələb olunur.
Məlum olduğu kimi, Audiovizual Şura audiovizual media sahəsində tənzimləməni həyata keçirən dövlət orqanıdır. Audiovizual Şuranın fəaliyyəti və ümumiyyətlə, audiovizual media sahəsinin tənzimlənməsi “Media haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunlar əsasında aparılır. “Media haqqında” Qanunun 5.4-cü maddəsində təsbit olunmuşdur ki, media sahəsində fəaliyyət yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilir.Qeyd olunanlara əsasən bildiririk ki, hər hansı bir proqramın fəaliyyətə başlaması və ya bağlanması, habelə hər hansı bir aparıcının və ya redaksiya əməkdaşının işə götürülməsi və ya işdən çıxarılması, dəvət olunan qonaqların, müzakirə olunan mövzuların müəyyən edilməsi sırf redaksiya siyasəti çərçivəsinə daxil olub Audiovizual Şuranın səlahiyyətlərinə aid deyildir. Audiovizual Şura hər hansı bir kanala (redaksiyaya) qarşı sanksiya və ya inzibati tənbeh tədbiri tətbiq edərkən “Media haqqında” Qanuna və bu sahəni tənzimləyən digər qanunlara əsaslanaraq qərar qəbul edir.
Buna görə də, müraciətlərdə bəzi vətəndaşlar tərəfindən istənilən kimi hər hansı proqramın bağlanmasını və ya aparıcının efirdən uzaqlaşdırılmasını Audiovizual Şura yerinə yetirə bilməz.
Bununla bərabər qeyd olunmalıdır ki, Audiovizual Şura mütəmadi olaraq yayımçıların rəhbərləri ilə, redaksiya üzrə məsul şəxsləri ilə müxtəlif formatlarda görüşlər keçirir. Görüşlərdə televiziya kanalları ilə bağlı ictimaiyyətin haqlı narazılığına səbəb olan məsələlərə dair Audiovizual Şuranın səlahiyyətləri çərçivəsində zəruri tövsiyələrin verilməsi təmin olunur",-deyə açıqlamada qeyd olunur.
Nərmin Balacayeva
12:59 / 27 Aprel 2026
5
12:44 / 27 Aprel 2026
42
12:38 / 27 Aprel 2026
32
12:29 / 27 Aprel 2026
62
12:24 / 27 Aprel 2026
140
12:19 / 27 Aprel 2026
29
12:16 / 27 Aprel 2026
31
12:11 / 27 Aprel 2026
35
12:04 / 27 Aprel 2026
37
11:55 / 27 Aprel 2026
705
11:44 / 27 Aprel 2026
70
11:39 / 27 Aprel 2026
277
11:32 / 27 Aprel 2026
40
11:30 / 27 Aprel 2026
44
11:23 / 27 Aprel 2026
46
11:15 / 27 Aprel 2026
102
11:08 / 27 Aprel 2026
73
11:06 / 27 Aprel 2026
33
11:00 / 27 Aprel 2026
598
10:58 / 27 Aprel 2026
47
10:50 / 27 Aprel 2026
446
10:45 / 27 Aprel 2026
41
10:43 / 27 Aprel 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.