Sumqayıtda iş axtaranlara ŞAD XƏBƏR
13 Noyabr 2026, 20:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
747
25.02.2026, 16:15
Azərbaycanın ilk kontr-admiralı Cəlil Cəfərov 1918-ci ilin avqustunda Bakının Fatmayi kəndində anadan olub. Atası Məmmədəli kişi neftçi idi. Bacarığına görə xeyriyyəçi Musa Nağıyev onu öz şirkətlərindən birinə rəhbər təyin etmişdi.
1929-cu ildə 5 illik məktəbi bitirdikdən sonra, 1930-1935-ci illərdə Bakı Sənaye Texnikumunda təhsil alır. 1935-1936-cı illərdə “Azəriqaz” Trestində çalışır. 1937-ci ildə D.İ.Mendeleyev adına Moskva Kimya-Texnologiya İnstitutunda 1 il oxuyur və sonra təhsilini öz istəyi ilə Sevastopoldakı P.S.Naximov adına Ali Hərbi Dənizçilik Məktəbində davam etdirir. O, bununla da demək olar ki, həyatının qalan hissələrini hərbi xidmətə bağlamış olur.
1941-ci ildə məktəbi bitirən C.Cəfərov miçman rütbəsində Dunay Hərbi Donanmasına xidmətə göndərilmişdir. 1941-1945-ci illərdə müharibə dövründə o, Qafqaz və Sovet Zapolyariyasının müdafiəsində, Dunay, Qaradəniz Hərbi Dəniz Donanmasının tərkibində almanlara qarşı döyüşlərdə iştirak edir.
Döyüşlərdə şücayətlərə görə “Döyüş xidmətlərinə görə”, “Sevastopolun müdafiəsinə görə”, “Qırmızı ulduz” müdalları ilə təltif olunur və müharibəni baş leytenant rütbəsi ilə başa vurur. Müharibədən sonra Xəzər Hərbi Dəni Donanmasında xidmət edir. 1949-cu ildən Azərbaycan SSR Orduya Aviasiyaya və Donanmaya Könüllü Yardım Cəmiyyətində müxtəlif vəzifələrdə çalışır. 1954-cü ildə isə həmin Cəmiyyətin Respublika Mərkəzi Komitəsinin sədri, 1959-cu ildə isə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilir.
1968-ci ildə ona kontr-admiral rütbəsi verilir.
Şərq ədəbiyyatına dərindən bələd olan C.Cəfərov həmçinin astronomiya və riyaziyyatı da yaxşı bilirdi.
C.Cəfərov 6 fevral 1980-ci ildə Bakıda vəfat edib. 1992-ci ildə Bakıda yaşadığı binaya (Z.Əliyeva küçəsi, 24) onun xatirə lövhəsi vurulub.
Müşərrəfxanım
20:37 / 13 Noyabr 2026
1
20:20 / 13 Noyabr 2026
45
20:09 / 13 Noyabr 2026
158
20:06 / 13 Noyabr 2026
53
20:05 / 13 Noyabr 2026
57
19:58 / 13 Noyabr 2026
85
19:53 / 13 Noyabr 2026
169
19:41 / 13 Noyabr 2026
89
19:38 / 13 Noyabr 2026
540
19:35 / 13 Noyabr 2026
89
19:30 / 13 Noyabr 2026
281
19:28 / 13 Noyabr 2026
120
19:23 / 13 Noyabr 2026
84
19:05 / 13 Noyabr 2026
83
18:59 / 13 Noyabr 2026
85
18:59 / 13 Noyabr 2026
93
18:50 / 13 Noyabr 2026
93
18:38 / 13 Noyabr 2026
108
18:31 / 13 Noyabr 2026
91
18:26 / 13 Noyabr 2026
96
18:15 / 13 Noyabr 2026
109
18:04 / 13 Noyabr 2026
361
17:59 / 13 Noyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.