İyulun son günlərində bəxti gətirəcək 4 bürc
26 İyul 2026, 12:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
696
23.02.2026, 17:13
Naxçıvan Muxtar Respublikasında (MR) 2015-2020-ci illərdə imzalanmış bəzi fərmanlar qüvvədən salınıb.
Oxu24.com-un məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov fərman imzalayıb.
Sənədə əsasən aşağıdakı fərmanlar ləğv olunub:
- "Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsi haqqında Əsasnamə"nin təsdiq edilməsi və "Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturu"nda dəyişiklik edilməsi barədə" Ali Məclisi sədrinin 2015-ci il 6 fevral tarixli 145-IV FR nömrəli Fərmanı;
- "Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması, Əsasnaməsi və strukturunun təsdiq edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2016-cı il 7 aprel tarixli 23-V FR nömrəli Fərmanının 2-ci və 3-cü hissələri;
- "Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2017-cı il 7 iyun tarixli 68-V FR nömrəli Fərmanının 4-cü hissəsi;
- "Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2018-ci il 14 fevral tarixli 99-V FR nömrəli Fərmanının 2-ci - 3-1-ci hissələri;
- "Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2015-ci il 27 may tarixli 152-V FR nömrəli Fərmanı;
- "İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə" Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2016-cı il 15 aprel tarixli 24-V FR nömrəli Fərmanı;
- "İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında" Naxçıvan Muxtar Respublikasının 2017-ci il 7 yanvar tarixli 7 - V QN nömrəli Qanununun tətbiqi barədə" Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2017-ci il 7 yanvar tarixli 49-V FR nömrəli Fərmanı;
- "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Əsasnaməsi"nin təsdiq edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2017-ci il 7 iyul tarixli 69-V FR nömrəli Fərmanı;
- "Toxumçuluq haqqında" Naxçıvan Muxtar Respublikasının 2017-ci il 25 iyul tarixli 13-V QN nömrəli Qanununun tətbiq edilməsi barədə" Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2017-ci il 25 iyul tarixli 73-V FR nömrəli Fərmanı;
- "Dövlət təltiflərinin hazırlanması ilə bağlı tədbirlər haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2018-ci il 20 fevral tarixli 103-V FR nömrəli Fərmanı;
- "Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin yaradılması haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2018-ci il 31 iyul tarixli 132-V FR nömrəli Fərmanı;
- "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2019-cu il 19 sentyabr tarixli 180-V FR nömrəli Fərmanı;
- "Naxçıvan Muxtar Respublikasında valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2020-ci il 3 aprel tarixli 5-VI FR nömrəli Fərmanı;
- "Texnologiyalar Parkı haqqında Nümunəvi Əsasnamə"nin təsdiq edilməsi barədə" Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2020-ci il 14 dekabr tarixli 46-VI FR nömrəli Fərmanı
Qeyd edək ki, Vasif Talıbov 1995-2022-ci illər aralığında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb.
13:40 / 26 İyul 2026
76
13:25 / 26 İyul 2026
70
12:55 / 26 İyul 2026
137
12:35 / 26 İyul 2026
101
12:30 / 26 İyul 2026
192
12:23 / 26 İyul 2026
851
12:15 / 26 İyul 2026
102
12:00 / 26 İyul 2026
88
11:35 / 26 İyul 2026
633
11:30 / 26 İyul 2026
113
11:21 / 26 İyul 2026
177
11:13 / 26 İyul 2026
109
11:10 / 26 İyul 2026
82
11:05 / 26 İyul 2026
1157
10:55 / 26 İyul 2026
88
10:47 / 26 İyul 2026
792
10:40 / 26 İyul 2026
82
09:50 / 26 İyul 2026
96
09:44 / 26 İyul 2026
759
09:43 / 26 İyul 2026
95
00:24 / 26 İyul 2026
160
23:29 / 25 İyul 2026
106
22:59 / 25 İyul 2026
162
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.