ƏMR İMZALANDI:Azərbaycanda müəllimlərə yeni qadağa qoyuldu
13 Noyabr 2026, 21:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
931
23.02.2026, 11:13
2 gün əvvəl CNN məlumat yayıb ki, ABŞ kəşfiyyat orqanları 1964-cü ildən bəri nüvə gücü hesab edilən Çinin yeni nüvə silahı hazırladığına və ən azı bir gizli sınaq keçirdiyinə inanır.
Texniki Avadanlıq və Ekoloji Məsələlər Üzrə Mütəxəssis ,ekoloq Kənan Kərimov Oxu24.com-un suallarını cavablandırıb.
Ekoloq bildirib ki, adətən müharibə və münaqişələrin təbiətə, ekosistemə vurduğu zərbədən danışırlar və müharibələrin qarşısının alınması üçün tədbirlər görülür, təklif və tələblər ortaya qoyulur:” Amma əvvəl müharibədən qat-qat təsirli və zərərli olan nüvə silahlarının sınağını diqqətə çatdırmaq lazımdır.İlk atom bombasının atılmasından (1945-ci il 6 avqust) 80 il keçir. Təsəvvür edin ki, həmin vaxt atom bombası minlərlə insanı məhv edib, bundan başqa bombaların verdiyi istilik bölgədəki bütün bitki və canlıları külə döndərib. Hətta o dəhşətli hadisə zamanı atmosferə atılan nüvə zərrəciklərinin təsiri hazırda da bölgənin sularında hiss olunur.
Müasir dövrdə nüvə silahlarının, istər atmosferdə, istər kosmik fəzada, istər də su altında nüvə sınaqlarının keçirilməsi əslində planetdə təbiətdəki balansı pozur, qlobal istiləşməyə səbəb olur.
Ötən il ABŞ modernləşdirilmiş “B61” nüvə bombasının “B61-12” versiyasını sınaqdan keçirdi. Bu bombalar Xorasimaya atılan atom bombalarında 24 dəfə güclüdür. Bu sınaqlar zamanı ətrafa yayılan radioaktiv maddələr suyu da, torpağı da, havanı da zəhərləyir. Küləklər vasitəsilə sınaq olan ərazilər deyil, uzaq məsafələrdəki insan və təbiət də zəhərlənməyə məruz qalır. Ümumiyyətlə, nüvə silahlarının sınaqları ekosistemə öz mənfi izlərini qoyacaq. 1986-cı il aprelində Ukraynanın Çernobıl atom-elektrik stansiyasının dördüncü enerji blokunda yanğın baş verdi. Yanğında yaranan radioaktiv duman 17 milyon insanın yaşadığı 11 rayonun atmosferini zəhərlədi. Faciədən tam 40 il keçsə də, həmin ərazidə radioaktiv şüalanma qalmaqdadır, həm insan həyatına həm canlı aləmə və eyni zamanda bu bitki örtüyünə təhdiddir. Gələcək nəsillər üçün təhdiddir”-deyə ekoloq bildirib.
Xatırladaq ki, doqquz ölkə nüvə silahına malikdir: Çin, Fransa, Hindistan, İsrail, Şimali Koreya, Pakistan, Rusiya, ABŞ və Böyük Britaniya.
Əntiqə Rəşid
21:43 / 13 Noyabr 2026
337
21:36 / 13 Noyabr 2026
27
21:29 / 13 Noyabr 2026
46
21:24 / 13 Noyabr 2026
45
21:03 / 13 Noyabr 2026
73
20:58 / 13 Noyabr 2026
77
20:50 / 13 Noyabr 2026
803
20:41 / 13 Noyabr 2026
106
20:37 / 13 Noyabr 2026
85
20:35 / 13 Noyabr 2026
59
20:20 / 13 Noyabr 2026
93
20:09 / 13 Noyabr 2026
291
20:06 / 13 Noyabr 2026
84
20:05 / 13 Noyabr 2026
90
19:58 / 13 Noyabr 2026
286
19:53 / 13 Noyabr 2026
207
19:41 / 13 Noyabr 2026
118
19:38 / 13 Noyabr 2026
704
19:35 / 13 Noyabr 2026
105
19:30 / 13 Noyabr 2026
352
19:28 / 13 Noyabr 2026
175
19:23 / 13 Noyabr 2026
111
19:05 / 13 Noyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.