ƏMR İMZALANDI:Azərbaycanda müəllimlərə yeni qadağa qoyuldu
13 Noyabr 2026, 21:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1673
23.02.2026, 09:47
"Konstitusiya Məhkəməsi işçilərə əlavə kompensasiyaların ödənilməsi ilə bağlı vacib qərar qəbul edib. Qərara əsasən, əmək müqaviləsinə xitam verilərkən işçiyə bütün iş illərinin istifadə etmədiyi məzuniyyətlərinə görə kompensasiya ödəniləcək".
Oxu24.com xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında etdiyi paylaşımda məlumat verib.
O bildirib ki, qərarla Əmək Məcəlləsinin 115-117 və 118-1-ci maddələrində göstərilən əlavə məzuniyyətlərinə görə, istifadə olunmamış əsas əmək məzuniyyəti üçün müəyyən edilmiş qaydada və məbləğdə hesablanan kompensasiyanın verilməsi təmin ediləcək:
"115-ci maddə ilə əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin müddətləri, 117-ci maddə ilə uşaqlı qadınların əlavə məzuniyyətləri, 118-ci maddə ilə isə pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddətləri müəyyənləşir.
Belə ki, işçi fərqli səbəblərdən əlavə və ya əsas məzuniyyətdən tam istifadə etməyibsə, o zaman işdən çıxan zaman ona həmin günlərə görə kompensasiya ödəniləcək. Bu zaman həm yeraltı işlərdə çalışanların, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətləri olan şəxslərin, həm də uşaqlı qadınların istifadə edilməyən əlavə məzuniyyətlərinə görə ödənişin verilməsi nəzərdə tutulur".
"Əgər işçinin çalışdığı müddətdə istifadə etmədiyi 50 gün əlavə və 40 gün əsas məzuniyyət günləri varsa, o işdən çıxan zaman ona əlavə olaraq 90 günün məzuniyyət kompensasiyası ödəniləcək. Əgər gündəlik məzuniyyət haqqı 50 manatdırsa, o zaman həmin işçiyə 4 500 manat əlavə kompensasiya ödənişinin verilməsi təmin ediləcək.
Bu qərar işçilərin sosial hüquqlarının daha yaxından qorunması və kompensasiya ödənişlərində qeyri-bərabərliyin aradan qaldırılmasına xidmət edəcək", - V.Bayramov qeyd edib.
22:13 / 13 Noyabr 2026
2
22:03 / 13 Noyabr 2026
42
21:43 / 13 Noyabr 2026
415
21:36 / 13 Noyabr 2026
64
21:29 / 13 Noyabr 2026
94
21:24 / 13 Noyabr 2026
67
21:03 / 13 Noyabr 2026
84
20:58 / 13 Noyabr 2026
87
20:50 / 13 Noyabr 2026
961
20:41 / 13 Noyabr 2026
118
20:37 / 13 Noyabr 2026
92
20:35 / 13 Noyabr 2026
77
20:20 / 13 Noyabr 2026
98
20:09 / 13 Noyabr 2026
315
20:06 / 13 Noyabr 2026
91
20:05 / 13 Noyabr 2026
95
19:58 / 13 Noyabr 2026
318
19:53 / 13 Noyabr 2026
219
19:41 / 13 Noyabr 2026
125
19:38 / 13 Noyabr 2026
749
19:35 / 13 Noyabr 2026
111
19:30 / 13 Noyabr 2026
376
19:28 / 13 Noyabr 2026
199
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.