Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ Azərbaycanda süni intellekt mərkəzlərinin yaradılmasını dəstəkləyəcək 

news/2026_02_10/suni_1770747302.jpg

CƏMİYYƏT

117

10.02.2026, 22:14

ABŞ Azərbaycanla kosmik sənayedə əməkdaşlığa və özəl sektorun iştirakı ilə ölkədə süni intellekt sahəsində məlumat emalı mərkəzlərinin yaradılması da daxil olmaqla rəqəmsal infrastruktura investisiyalara yardım etmək niyyətindədir.

Oxu24.com  xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Vitse-prezidenti Ceyms Devid Vens tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının mətnində öz əksini tapıb.

Sənəd süni intellekt üzrə tərəfdaşlıqların inkişafında qarşılıqlı əlaqənin genişləndirilməsini nəzərdə tutur. Bununla yanaşı, tərəflər kosmik sahədə layihələri dəstəkləmək və rəqəmsal ekosistemə investisiyalar cəlb etmək niyyətindədirlər.

Bundan əlavə, beynəlxalq ən yaxşı təcrübələrə əsaslanaraq, Bakı və Vaşinqton ixtisaslaşdırılmış dəstək mexanizmlərinin yaradılması imkanını nəzərdən keçirməyi planlaşdırırlar. Söhbət ETTİ-nin (elmi-tədqiqat və təcrübi-konstruktor işləri - red.) birgə maliyyələşdirmə alətlərindən, innovasiya “körpülərindən”, həmçinin kibertəhlükəsizlik və süni intellekt sahəsində sahəvi təşəbbüslərdən gedir.

Gözlənilir ki, belə addımlar özəl vençur kapitalının cəlb edilməsinə, texnoloji inkişafın erkən mərhələlərinin risklərinin azaldılmasına və işləmələrin kommersiyalaşdırılmasının sürətləndirilməsinə kömək edəcək.“Qafqazinfo”