Fevralın 11-də bizi nələr gözləyir?
10 Fevral 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
113
10.02.2026, 22:22
Bir sıra mallar, o cümlədən avtomobil benzini üzrə rüsumların ayrıca müəyyən edilməsi yanacaq bazarında qiymət artımı ehtimalını gündəmə gətirib. Maraqlıdır, bu artım ictimai nəqliyyat tariflərinin bahalaşmasına səbəb ola bilərmi?
Oxu24.com bildirir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, yanacaq qiymətlərində baş verən dəyişikliklərin nəqliyyat sektoruna təsirsiz ötüşməsi mümkün deyil.
Ekspertin sözlərinə görə, yanacaq və sürtkü materialları avtomobil sektorunda əsas xərclərdən biridir və bu sahədə tətbiq olunan rüsumlar, daxili istifadə qaydaları birbaşa nəqliyyat xərclərinə təsir edir:
“Yanacağın qiymətində artım nəqliyyat sahəsinə birbaşa təsir göstərir. Çünki yanacaq və sürtkü materialları avtomobil sektorunda əsas paya malikdir. Bu amil həm nəqliyyat vasitələrinin istismarı, həm də ehtiyat hissələrinin daxili və xarici bazarlarda qiymətinin formalaşmasında mühüm rol oynayır”.
Aslan Əsədov qeyd edib ki, sürtkü materialları və yanacaq xərcləri nəqliyyat vasitələrinin saxlanma və istismar xərcini artırır ki, bu da son nəticədə xidmət qiymətlərinə təsirsiz ötüşmür:
Həmçinin oxuyun
“Bir neçə ay əvvəl, xüsusilə dekabr ayında qiymətlərdə oxşar tendensiya müşahidə olundu və bu, bahalaşmaya səbəb oldu. Bu faktı inkar etmək olmaz. Yanacaq amili bahalaşmanın əsas tezislərindən biridir”.
Ekspert əlavə edib ki, gələcək perspektivdə bu cür qərarların mahiyyəti daha dərindən təhlil edilməli, yanacağın nəqliyyat sektorundakı strateji əhəmiyyəti nəzərə alınmalıdır:
“Ümumiyyətlə, qərarların qəbulunda yanacağın nə qədər əhəmiyyətli olduğu heç kimdə şübhə doğurmur. Əsas sürtkü materiallarının avtomobillərə təsiri müxtəlif formalarda özünü göstərir və bu, qiymət siyasətində nəzərə alınmalıdır”.
00:56 / 11 Fevral 2026
47
00:12 / 11 Fevral 2026
112
23:51 / 10 Fevral 2026
132
23:49 / 10 Fevral 2026
113
23:47 / 10 Fevral 2026
103
23:41 / 10 Fevral 2026
277
23:35 / 10 Fevral 2026
105
23:23 / 10 Fevral 2026
95
23:23 / 10 Fevral 2026
112
23:17 / 10 Fevral 2026
195
22:59 / 10 Fevral 2026
172
22:52 / 10 Fevral 2026
361
22:41 / 10 Fevral 2026
102
22:40 / 10 Fevral 2026
101
22:34 / 10 Fevral 2026
102
22:28 / 10 Fevral 2026
97
22:27 / 10 Fevral 2026
166
22:24 / 10 Fevral 2026
175
22:20 / 10 Fevral 2026
95
22:16 / 10 Fevral 2026
351
22:14 / 10 Fevral 2026
107
22:09 / 10 Fevral 2026
197
21:55 / 10 Fevral 2026
469
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.