Mərkəzi Bank onların lisenziyasını LƏĞV ETDİ
23 Aprel 2026, 15:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1397
31.01.2026, 16:14
Bu gün Türkiyegazetesi.com saytı səhifəsində bir xəbər paylaşıb.
Xəbərdə deyilir ki, Giresun şəhər mərkəzinin yaxınlığındakı Sıvacı kəndinin Taşhan bölgəsində yerləşən, tonlarla ağırlığında olan iki nəhəng qaya dik bir yamacda fizika qanunlarına meydan oxuyaraq diqqəti cəlb edir. Yerlilər ona "Gəlin qayası" deyir. Qayalar haqqında əfsanələri onsuzda əraziyə ziyarətçiləri cəlb edirdi . Hətta yerli camaat danışır ki, qədim zamanlarda çox gözəl bir qız istəmədiyi biri ilə evləndirilməyə məcbur edilir. Böyüklərinə etiraz edə bilməyən qız toy günü at belində oğlan evinə aparılarkən dua edir ki, daşa dönsün, amma o evdə gəlin olmasın. Deyilənə görə Allah onu eşidib və arzusunu həyata keçirib. Qız elə burdan keçərkən daşa dönüb və əbədi burda qalıb” .
Təbii ki bu insanların rəvayətidir . Amma Giresun Vilayət Xüsusi İdarəsinin səyləri sayəsində bölgənin rəsmi turizm bölgəsinə çevrildiyini vali (bizdə icra başçısı anlamını daşıyır- Ə.R) Muxtar Koç deyir. O, bildirib ki, bölgəyə onsuz da ziyarət edilirdi:”Amma indi rəsmi turizm bölgəsinə çevrilir. Vilayət Xüsusi İdarəsi bunu edir. Əvvəlcə baxış balkonu tikiləcək. Abadlıq işləri ilə yanaşı, sosial obyektlər də olacaq. Bu yerin çox gözəl görünüşü olacaq. İllərdir insanlar burada şəkil çəkdirmək üçün dayanırlar. Giresuna gələn və bu yoldan keçən demək olar ki, hər kəsin burada şəkli var”.
Yadıma illər əvvəl doğma yurdum Ağdamda qarşılaşdığım bir mənzərə düşdü.
Deməli, 1978-80-ci illərdə Ağdamın Mirəşelli kəndinin şimal hissəsində bir vaxtlar neft axtarırmışlar. O səbəbdən də dərin quyular qazılırmış. Həmin qazılan quyulardan birindən yüksək temperaturlu su çıxır.
Bax, Ağdamda qarşılaşdığım o suyu od kimi bulaq idi. Bulağın suyu o qədər istiydi ki, barmaqlarımı 1 saniyə suda saxlaya bilmədim. El arasında "Qaynar bulaq", “İsti su ” adı ilə məşhurdu. Kənd camaatının dediyinə görə, tərkibi mineral maddələrlə zəngindi, ona görə də, oynaq və dəri xəstəliklərinin müalicəsində əsl loğmandır.
Qohumlarımın çoxu həmin kənddə yaşadığına görə, onlar da bu bulağa bir möcüzə, bir Allah vergisi kimi baxırlar. Deyirlər ki, heyif ki, belə bir sərvət havayıca axıb gedir, qədr- qiyməti bilinmir. Burda bir müalicəvi mərkəz tikilsəydi, bəlkə də yüzlərlə, minlərlə insan bu yerlərə axın edərdi, xəstəliklərdən qurtulardı. Yerli əhali deyir ki, su ilə bərabər bulağın ətrafındakı palçığın da müalicəvi əhəmiyyəti var. Qaşınan, qızartılı və ya səpgili dəri 3 gün həmin palçıqla masaj olunduqdan sonra tamamilə sağalır.
Həmçinin oxuyun
Baxmayaraq ki, bulağın ətrafı zibilxanadır, amma İlin bütün fəsillərində bura çoxlu insan müalicəvi sudan şəfa tapmaq üçün gəlir.Biz bulağa yaxınlaşanda təxminən 10-15 nəfərin “İsti su ”yun göl olan hissəsində çimdiklərini gördük. Necə də deyərlər noyabrın o soyuq, o küləkli havasında..!
Məlumatlara görə, Azərbaycanda 1000-dən artıq soyuq və termal mineral bulaq aşkar edilib. Bu bulaqlar əsasında respublikada bir sıra sanatoriyalar (İstisu, Qalaaltı, Şıxburnu, Suraxanı və s.) və mineral su zavodları (İstisu, Sirab, Badamlı, Vayxır və s.) tikilib. 1978-ci ildən bu təbii sərvətimiz boş yerə axıb gedir. Bu bulağın suyundan səhhətində problem olan vətəndaşlarımız üçün istifadə edilə, burada bir sanatoriya tikilə bilərdi.
Əntiqə Rəşid
15:52 / 23 Aprel 2026
8
15:50 / 23 Aprel 2026
16
15:47 / 23 Aprel 2026
20
15:32 / 23 Aprel 2026
715
15:28 / 23 Aprel 2026
34
15:16 / 23 Aprel 2026
160
15:03 / 23 Aprel 2026
48
15:00 / 23 Aprel 2026
75
14:42 / 23 Aprel 2026
305
14:25 / 23 Aprel 2026
87
14:18 / 23 Aprel 2026
48
14:10 / 23 Aprel 2026
550
14:06 / 23 Aprel 2026
93
14:01 / 23 Aprel 2026
114
13:48 / 23 Aprel 2026
76
13:35 / 23 Aprel 2026
139
13:32 / 23 Aprel 2026
444
13:02 / 23 Aprel 2026
95
12:47 / 23 Aprel 2026
152
12:44 / 23 Aprel 2026
220
12:42 / 23 Aprel 2026
593
12:33 / 23 Aprel 2026
296
12:32 / 23 Aprel 2026
151
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.