Limonlu su böyrək daşından qoruyur?
20 Avqust 2026, 00:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1365
06.05.2025, 15:24
Azərbaycan qanunvericiliyinə görə 5 uşağı olan analar 5 il tez pensiyaya çıxa bilər. Amma nəzərə alaq ki, uşaqların böyüdülməsində və tərbiyə olunmasında ataların da rolu danılmazdır.
Ona görə də imtiyazın ailədə yalnız anaya şamil edilməsi maraq doğurur.
Nəzərə alaq ki, son illərdə çoxuşaqlı ailələrin sayı sürətlə azalır. Belə bir məqamda ailə institutunun böyüdülməsi üçün yeni təşviq alətlərindən istifadə vacibdir. Belə alətlərdən biri də erkən pensiya hüququnun atalara da şamil edilməsidir.
Bəs çoxuşaqlı ataların daha tez pensiyaya çıxması gözlənilirmi?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Vüqar Bayramov bildirib ki, qanunvericiliyə əsasən bir sıra hallarda ataların da daha tez pensiyaya çıxmaq hüququ var:
“Nəzərə alsaq ki, “Əmək pensiyaları haqqında” qanuna bu istiqamətdə dəyişikliklər edildi. Həmin dəyişikliklərdən biri də ataların bu hüquqlardan istifadəsi halları ilə bağlıdır. Əgər uşaqların böyüdülməsi və tərbiyəsi ata tərəfindən həyata keçirilibsə, o halda ata daha tez pensiyaya çıxmaq hüququna malikdir.
Nəzərə alaq ki, ailələrdə uşaqların tərbiyəsi ilə əsasən analar məşğul olur. Uşaqların böyüdülməsi ilə bağlı zəhmət anaların üzərinə düşür. Ona görə də bu hüquq birinci olaraq analara tanınıb. Lakin uşaqların böyüdülməsi və tərbiyə edilməsi bütövlükdə ata tərəfindən həyata keçirilibsə təbii ki, bu halda həmin hüquq atalara da şamil oluna bilər”.
Millət vəkili Arzuxan Əlizadə isə vurğulayıb ki, Azərbaycan qanunvericiliyinə görə, yalnız 5 uşağı olan analar pensiyaya 5 il tez çıxa bilirlər:
“Kişilər üçün bu qayda nəzərdə tutulmayıb. Amma qanunvericilikdə müəyyən istisnalar var. Beləki, əgər ailədə ana olmazsa və uşaqların böyüdülməsi, tərbiyə edilməsi yükü atanın üzərinə düşərsə, bu hüquq ataya da şamil edilə bilər. Bu nadir rast gəlinə biləcək hadisədir. Bəlkə də yoxdur. Ona görə də bu hüquqdan ancaq çoxuşaqlı analar faydalana bilər”.
00:14 / 20 Avqust 2026
35
23:35 / 19 Avqust 2026
37
22:10 / 19 Avqust 2026
67
21:40 / 19 Avqust 2026
66
21:17 / 19 Avqust 2026
70
20:59 / 19 Avqust 2026
63
20:04 / 19 Avqust 2026
77
19:50 / 19 Avqust 2026
81
19:27 / 19 Avqust 2026
97
17:59 / 19 Avqust 2026
106
17:50 / 19 Avqust 2026
93
17:32 / 19 Avqust 2026
115
17:12 / 19 Avqust 2026
112
16:49 / 19 Avqust 2026
102
16:38 / 19 Avqust 2026
81
16:19 / 19 Avqust 2026
105
15:59 / 19 Avqust 2026
94
15:56 / 19 Avqust 2026
74
15:54 / 19 Avqust 2026
121
15:45 / 19 Avqust 2026
93
15:36 / 19 Avqust 2026
122
15:30 / 19 Avqust 2026
92
15:11 / 19 Avqust 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.