Limonlu su böyrək daşından qoruyur?
20 Avqust 2026, 00:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
661
05.05.2025, 19:41
Bir müddətdir, Azərbaycanda xüsusilə pensiya yaşına az qalmış şəxslərin ixtisara düşməsi, növbəti mərhələdə yeni iş yeri ilə bağlı çətinlik yaşaması müzakirə obyekti olub. Bildirilir ki, bu məsələ barədə qanuni tədbirlər görülməli və ya yeni dəyişikliklər edilməlidir.
Oxu24.com xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Pərviz Heydərov deyib ki, sözügedən problem kifayət qədər ciddidir:
“Bilirsiniz, kişilər üçün pensiya hüququ əldə etmək yaşı 65-dir, qadınlarda isə hər il altı aydan bir artırılmaqla demək olar, bu rəqəmə çatmaq üzrədir. Vətəndaşın 50 və ya 60 yaşında müəyyən səbəblərdən ixtisara düşməsi, təbii ki, yenidən iş tapmaqlarına maneə yaradır. Yerdə qalan 5-10 il ərzində bu adam məcburi dövlət sosial sığorta haqqı ödəsəydi, iş stajı tamamlansaydı, pensiya ödənişləri yüksək olacaqdı. Bəs işləmədiyi müddətdə bu məsuliyyət kimin üzərinə düşür? Bu, qanunvericilik səviyyəsində mütləq sadə bir formada diqqətə alınmalıdır. Qanunvericiliyə əsasən, hər bir vətəndaş müəyyən pensiya kapitalına sahib olmalı, ya da 25 illik əmək stajı yığmalıdır. Azərbaycanda hələ ki pensiya-sığorta sistemi sahəsində islahatlar davam edir. Belə incə məsələlərin nəzərə alınması olduqca vacibdir”
İqtisadçı bildirib ki, ixtisara düşən vətəndaş işsizlik statusu alarsa, buna görə müvafiq qaydada müavinət almaq şansı mövcuddur:
“Lakin pensiya yaşına qədər onun ödəməli olduğu məcburi dövlət sosial sığorta haqqı var. Bunu ödəməyi halda, əlbəttə, şəxsin lazımi səviyyədə pensiya almasına imkan yaradılmır. Həmin vətəndaşların gələcək pensiya təminatı ilə əlaqədar dövlət tərəfindən sığortalanmasına ehtiyac var. Amma hansı formada və necə? Hesab edirəm ki, bu sahədə mütəxəssislər konkret bir mexanizm işləyib hazırlamalıdırlar. Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq, istər dövlət, istər özəl sektorda hər hansı bir yaş həddində vətəndaşın ixtisara düşməsi realdır. Sadəcə həmin hallar baş verdikdə, xüsusən 55-58 yaşdan yuxarı vətəndaşların bu sahədə hüquqları dövlət tərəfindən nəzərə alınmalıdır”.
00:14 / 20 Avqust 2026
35
23:35 / 19 Avqust 2026
37
22:10 / 19 Avqust 2026
67
21:40 / 19 Avqust 2026
66
21:17 / 19 Avqust 2026
70
20:59 / 19 Avqust 2026
63
20:04 / 19 Avqust 2026
77
19:50 / 19 Avqust 2026
81
19:27 / 19 Avqust 2026
97
17:59 / 19 Avqust 2026
106
17:50 / 19 Avqust 2026
93
17:32 / 19 Avqust 2026
115
17:12 / 19 Avqust 2026
112
16:49 / 19 Avqust 2026
102
16:38 / 19 Avqust 2026
81
16:19 / 19 Avqust 2026
105
15:59 / 19 Avqust 2026
94
15:56 / 19 Avqust 2026
74
15:54 / 19 Avqust 2026
121
15:45 / 19 Avqust 2026
93
15:36 / 19 Avqust 2026
122
15:30 / 19 Avqust 2026
92
15:11 / 19 Avqust 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.