Rəy yazdı, itkin düşən qadın tapıldı - YENİLƏNİB - FOTO
13 İyul 2025, 19:19
Qaynar xətt:
(+99450) 247 90 86İmtahanların nəticələri açıqlanıb
CƏMİYYƏT
267
02.05.2025, 17:34
Dövlət İmtahan Mərkəzi aprelin 6-da keçirilən bir neçə imtahanların nəticələrini elan edib.
Həmin imtahanlar aşağıdakılardır:
1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;
2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;
3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;
4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;
5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;
6. Buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı.
İmtahan iştirakçıları nəticələrini öyrənmək üçün bu keçiddən istifadə etməlidirlər.
Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Həmçinin oxuyun
Bu imtahanlarında iştirakı nəzərdə tutulan 33 min 382 nəfərdən 2 205 nəfər imtahana gəlməyib. 8 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.
İmtahanda ən yüksək nəticəni 288,6 bal toplayan Sumqayıt şəhəri, 5 saylı orta məktəbin 2024-cü il məzunu Əsədova Aytən Eynur qızı göstərib. Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 6 may saat 10:00-dan 8 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:
- Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
- İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
- İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.
Bundan sonra şagirdlər (abituriyentlər) apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.
Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər (abituriyentlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə, həmçinin tapşırıqların şərti və izahlarla (https://eservices.dim.gov.az/ejurnal/) tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
23:20 / 13 İyul 2025
Bu kənddə 10 ildən çoxdur toy etmirlər - SƏBƏB
1
21:09 / 13 İyul 2025
"Bu halda Rusiya məhv olacaq"
7
19:58 / 13 İyul 2025
Rusiyada azərbaycanəsilli polis rəisi saxlanılıb
127
19:19 / 13 İyul 2025
Rəy yazdı, itkin düşən qadın tapıldı - YENİLƏNİB - FOTO
167
18:59 / 13 İyul 2025
“Mercedes” yanıb kül oldu - Anbaan VİDEO
120
18:34 / 13 İyul 2025
Suriya və İsrail rəsmiləri Bakıda görüşüb - KİV
114
17:05 / 13 İyul 2025
32 saatlıq fasiləsiz beyin əməliyyatı edən həkim həmin xəstə ilə VİDEO paylaşdı
158
14:04 / 13 İyul 2025
Pezeşkian həmin hücumda yaralanıbmış
174
13:37 / 13 İyul 2025
Hava ilə bağlı AÇIQLAMA
139
13:36 / 13 İyul 2025
Bu gün 34 mindən çox abituriyent imtahan verib
128
12:05 / 13 İyul 2025
Sumqayıtda atışma olub: Ölən var
1035
12:00 / 13 İyul 2025
Qazaxda əkin sahəsində kişi meyiti tapılıb
157
11:59 / 13 İyul 2025
Magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə
214
11:47 / 13 İyul 2025
Mədəsindən 27 alışqan çıxardılar - FOTO
157
11:43 / 13 İyul 2025
SON DƏQİQƏ! Rasimlə bağlı açıqlama
1639
11:34 / 13 İyul 2025
Termosa görə kor oldular - minlərlə məhsul geri çağırılır
214
10:39 / 13 İyul 2025
Türkiyədə yenə zəlzələ oldu
160
10:20 / 13 İyul 2025
Bu ərazilər 5 gün qazsız qalacaq
174
09:55 / 13 İyul 2025
Azərbaycanlı aktrisa anası ilə şokolad vannasına girdi - FOTOlar
175
09:45 / 13 İyul 2025
Beynin "zəif nöqtəsi" tapıldı
166
09:24 / 13 İyul 2025
Von der Leyendən Trampa xəbərdarlıq - Cavab veriləcək
154
09:24 / 13 İyul 2025
Bu kişilərin yalnız qız övladları dünyaya gəlir-INANANILMAZ
158
09:14 / 13 İyul 2025
Maşını qadına sürməyə verdi, o da dənizə saldı - VİDEO
157
00:30 / 13 İyul 2025
Partlayışda xəsarət alaraq ölən şəxs polkovnik-leytenantın atasıdır
513
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.