Həyatında yeni səhifə açacaq 4 bürc
20 Avqust 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
305
02.05.2025, 13:10
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC Avropanın ən böyük texnologiya şirkətlərindən olan “Gcore” şirkəti ilə birgə yeni “AzInCloud” platformasını təqdim edib.
Ötən gün Bakıda keçirilən tədbirlə “AzInTelecom” ilə Lüksemburqun “Gcore” şirkəti arasında tərəfdaşlıq rəsmən elan edilib. Tədbirdə hər iki şirkətin rəhbər heyəti, texnologiya sahəsindəki şirkətlərin təmsilçiləri və digər qonaqlar iştirak ediblər.
İştirakçıların diqqətinə çatdırılıb ki, “Gcore” şirkəti ilə tərəfdaşlıq çərçivəsində “AzInTelecom”a məxsus “AzInCloud” platformasında müasir alətlərlə təchiz olunmuş geniş “bulud” xidmətləri təqdim olunur. Müasir “bulud” texnologiyalarından faydalanmaq istəyən fərdi və korporativ müştərilər www.azincloud.az veb-saytı vasitəsilə bu xidmətlərə anında çıxış əldə edə bilirlər. Hazırda aktiv şəkildə fəaliyyət göstərən platformada istifadəçilərə rahat idarəetmə, geniş əməliyyat sistemi seçimləri, “bulud” market, monitorinq xidməti və digər üstünlüklər təqdim olunur.
Tədbirdə məlumat verilib ki, “AzInCloud” ictimai “bulud” xidməti olaraq “istifadə etdiyin qədər ödə” modeli əsasında fəaliyyət göstərir. Portal hər kəs – hüquqi şəxslər, kiçik və orta bizneslər, fərdi sahibkarlar və fiziki şəxslər üçün əlçatandır. Xidmətdən yararlanmaq üçün istifadəçilər www.azincloud.az saytında qeydiyyatdan keçərək bank kartı ilə ödəniş edib xidmətlərdən yerindəcə yararlana bilərlər.
Qeyd edək ki, “Gcore” qlobal səviyyədə “bulud”, hostinq və kibertəhlükəsizlik həlləri təqdim edən beynəlxalq texnologiya şirkətidir. 2011-ci ildə yaradılan “Gcore”, Avropa, Şimali Amerika, Asiya və MDB ölkələrində geniş infrastruktura malikdir. Şirkətin əsas auditoriyası maliyyə sektoru, dövlət və korporativ müştərilərdir.
Əlavə məlumat üçün:
📞157
00:06 / 21 Avqust 2026
75
00:02 / 21 Avqust 2026
86
23:56 / 20 Avqust 2026
125
23:51 / 20 Avqust 2026
88
23:30 / 20 Avqust 2026
625
23:29 / 20 Avqust 2026
59
23:29 / 20 Avqust 2026
72
23:11 / 20 Avqust 2026
443
22:55 / 20 Avqust 2026
108
22:02 / 20 Avqust 2026
116
21:50 / 20 Avqust 2026
71
21:38 / 20 Avqust 2026
93
21:24 / 20 Avqust 2026
197
20:56 / 20 Avqust 2026
93
20:20 / 20 Avqust 2026
67
20:05 / 20 Avqust 2026
95
19:43 / 20 Avqust 2026
90
19:29 / 20 Avqust 2026
81
19:09 / 20 Avqust 2026
130
18:58 / 20 Avqust 2026
165
18:49 / 20 Avqust 2026
115
18:41 / 20 Avqust 2026
88
18:35 / 20 Avqust 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.