Həyatında yeni səhifə açacaq 4 bürc
20 Avqust 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
538
02.05.2025, 11:16
Texniki nasaz avtomobilin yolun orta zolağında qalması, təhlükəsizlik tədbirlərinin görülməməsi və ara məsafəsinin saxlanılmaması yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.
Oxu24.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov məlumat verib.
Bildirilib ki, paytaxtın Nizami rayonu, Heydər Əliyev prospekti, metronun "Koroğlu" stansiyasının yaxınlığında baş verən qəzadan sürücülər nəticə çıxarmalıdır:
"Prospektdən mərkəz istiqamətində hərəkət edən "QAZel" markalı yük avtomobilində texniki nasazlıq yaranıb və sürücü belə məqamda "Yol hərəkəti haqqında" qanunun 55-ci maddəsinin müvafiq bəndlərini əsas götürmək əvəzinə, avtomobildə yaranan nasazlığı həll etməyə çalışıb. Nəticədə yolda hərəkət edən nəqliyyat vasitələri üçün qəza şəraiti yaranıb və digər sürücünün ara məsafəsi saxlamaması da yol-nəqliyyat hadisənin baş verməsini qaçılmaz edib.
Mərkəzin müşahidə kameralarının qeydə aldığı görüntülərin təhlilləri onu deməyə əsas verir ki, hərəkət zamanı nəqliyyat vasitəsində texniki nasazlıq yarandıqda bəzi sürücülər təhlükəsizlik qaydalarına riayət etmirlər. Sürücülərin diqqətinə çatdırırıq ki, avtomobildə texniki problem yarandıqda sürücü onu yolun hərəkət hissəsindən kənara çəkməli, bu mümkün olmadıqda səkinin bordürünün (hərəkət hissəsi ilə bir səviyyədə və ya ondan hündür olan yol örtüyünün konstruktiv yan məhdudiyyəti) yanına, yaxud yolun çiyninə çəkməli və bu zaman onu hərəkət hissəsinin kənarına paralel qoymalı, texniki yardım xidmətinə məlumat verməlidir. Bu zaman qəza işıqları yandırılmalı və xüsusi nişandan istifadə edilməlidir".milli.az
00:06 / 21 Avqust 2026
75
00:02 / 21 Avqust 2026
86
23:56 / 20 Avqust 2026
125
23:51 / 20 Avqust 2026
88
23:30 / 20 Avqust 2026
625
23:29 / 20 Avqust 2026
59
23:29 / 20 Avqust 2026
72
23:11 / 20 Avqust 2026
443
22:55 / 20 Avqust 2026
108
22:02 / 20 Avqust 2026
116
21:50 / 20 Avqust 2026
71
21:38 / 20 Avqust 2026
93
21:24 / 20 Avqust 2026
197
20:56 / 20 Avqust 2026
93
20:20 / 20 Avqust 2026
67
20:05 / 20 Avqust 2026
95
19:43 / 20 Avqust 2026
90
19:29 / 20 Avqust 2026
81
19:09 / 20 Avqust 2026
130
18:58 / 20 Avqust 2026
165
18:49 / 20 Avqust 2026
115
18:41 / 20 Avqust 2026
88
18:35 / 20 Avqust 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.