Həyatında yeni səhifə açacaq 4 bürc
20 Avqust 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
438
02.05.2025, 11:45
"Zehni performansı artırmağın qızıl üçlüyü balıq, qoz və yumurtadır"
Oxu24.com xəbər verir ki, bunu Liv Hospital Ankara-nın terapevti Dr. Elif Başaran bildirib.
O, balanslı qəbul edildikdə neyro-qidaların yaddaşı gücləndirdiyini, diqqəti artırdığını və beyin sağlamlığını qoruduğunu söyləyib.
Liv Hospital Ankara-nın terapevti Dr. Elif Başaran izah edib ki, sinir sistemi sağlamlığını qoruyan və zehni funksiyaları dəstəkləyən bəzi qidalar "neyro-qidalar" adlanır. Onun sözlərinə görə, selen, sink, Omega-3 yağ turşuları və kofein bu qidaların başında gəlir. Bu maddələr diqqət, yaddaş və reaksiya sürətini artırır. Əksinə, neyro-qida çatışmazlığı yorğunluq, diqqət pozğunluğu, narahatlıq və depressiyaya səbəb ola bilər. Dr. Başaran xəbərdarlıq edib ki, bu qidaların həddindən artıq qəbulu da zərərlidir və balanslı şəkildə, həkim nəzarətində alınmalıdır.
Mütəxəssis selenin beynin oksidləşmə stresini azaltdığını və immunitet sistemini gücləndirdiyini bildirib. Aşağı səviyyəli selenin narahatlıq, depressiya və zehni geriləmə ilə əlaqəli olduğunu vurğulayıb. Sinkin də yaddaş və öyrənmə prosesində mühüm rol oynadığını qeyd edib. Sink azlığı diqqət pozğunluğu və Alzheimer riskini artıra bilər.
Kofeinin diqqəti topladığını və oyanıqlığı artırdığını bildirən Dr. Başaran əlavə edib ki, orta miqdarda qəhvə və yaşıl çay içmək demans riskini azalda bilər, lakin çox qəbul edildikdə yuxu pozuntuları və narahatlıq yarada bilər.
O, neyro-qidaların içində Omega-3 yağ turşularını ən güclü hesab edir. Balıq, qoz, kətan və çia toxumu, həmçinin Omega-3 ilə zənginləşdirilmiş yumurtalar bu maddənin əsas mənbəyidir. Həftədə bir neçə dəfə yumurta yeyənlərin Alzheimer riskinin daha aşağı olduğunu deyən Başaran, bu təsiri yumurta sarısındakı xolinin yaratdığını bildirib. O, həmçinin neyro-qidaların nə az, nə çox, balanslı qəbulunun zehni sağlamlığın açarı olduğunu vurğulayıb.
00:06 / 21 Avqust 2026
75
00:02 / 21 Avqust 2026
86
23:56 / 20 Avqust 2026
125
23:51 / 20 Avqust 2026
88
23:30 / 20 Avqust 2026
625
23:29 / 20 Avqust 2026
59
23:29 / 20 Avqust 2026
72
23:11 / 20 Avqust 2026
443
22:55 / 20 Avqust 2026
108
22:02 / 20 Avqust 2026
116
21:50 / 20 Avqust 2026
71
21:38 / 20 Avqust 2026
93
21:24 / 20 Avqust 2026
197
20:56 / 20 Avqust 2026
93
20:20 / 20 Avqust 2026
67
20:05 / 20 Avqust 2026
95
19:43 / 20 Avqust 2026
90
19:29 / 20 Avqust 2026
81
19:09 / 20 Avqust 2026
130
18:58 / 20 Avqust 2026
165
18:49 / 20 Avqust 2026
115
18:41 / 20 Avqust 2026
88
18:35 / 20 Avqust 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.