BP-nin Baş icraçı direktoru dəyişir
18 Dekabr 2025, 10:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
238
02.05.2025, 09:45
Konstitusiya Məhkəməsi Plenumunun Fərhad Abdullayevin sədrliyi ilə növbəti iclası keçirilib.
Oxu24.com xəbər verir ki Məhkəmənin mətbuat xidmətindən bildirilib ki, məhkəmə iclasında Bakı Ağır Cinayətlər Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin V hissəsinin və 60-cı maddəsinin I hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 522-ci maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlər Bakı Ağır Cinayətlər Məhkəməsinin müraciətini və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Azərbaycan Respublikasının Prokurorluğu, Bakı Apellyasiya Məhkəməsi, Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor F.Abbasovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin V hissəsinin və 60-cı maddəsinin I hissəsinin tələblərinə uyğun olaraq, məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 522-ci maddəsindən kənar qaydada xarici dövlətin məhkəməsinin hökmünün tanınması və təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən xarici dövlətin məhkəməsinin hökmü ilə çəkdiyi cəzanın ona təyin ediləcək cəza müddətinə hesablanması yolverilməzdir.
Həmçinin oxuyun
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
10:43 / 18 Dekabr 2025
7
10:40 / 18 Dekabr 2025
19
10:25 / 18 Dekabr 2025
30
10:19 / 18 Dekabr 2025
25
09:05 / 18 Dekabr 2025
38
01:50 / 18 Dekabr 2025
1040
01:48 / 18 Dekabr 2025
88
00:00 / 18 Dekabr 2025
1037
23:35 / 17 Dekabr 2025
116
23:29 / 17 Dekabr 2025
128
23:21 / 17 Dekabr 2025
334
23:00 / 17 Dekabr 2025
877
22:50 / 17 Dekabr 2025
338
22:36 / 17 Dekabr 2025
251
22:27 / 17 Dekabr 2025
398
21:45 / 17 Dekabr 2025
751
21:36 / 17 Dekabr 2025
240
21:30 / 17 Dekabr 2025
127
21:20 / 17 Dekabr 2025
1265
21:17 / 17 Dekabr 2025
428
20:59 / 17 Dekabr 2025
123
20:53 / 17 Dekabr 2025
120
20:49 / 17 Dekabr 2025
701
19:58 / 17 Dekabr 2025
132
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.