Qaynar xətt:

(+99450) 247 90 86

Onların maaşı 15 manat artdı 

CƏMİYYƏT

1231

01.05.2025, 20:24

Xəbər verdiyimiz kimi, Milli Məclis sədrinin müşaviri, Milli Məclis sədrinin köməkçisi, Baş nazirin köməkçisi, Baş nazirin müşavirinin aylıq vəzifə maaşı 2425 manat müəyyən edilib. 

Oxu24.com-un  məlumatına görə, Baş nazirin 3 köməkçisi və 1 müşaviri var. Köməkçilərdən biri Əhməd Əhmədzadə, müşavir isə Elman Rüstəmovdur.

Qeyd edək ki, Ə.Əhmədzadə 15 il Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin, E.Rüstəmov isə 27 il Mərkəzi Bankın sədri olub.

Xatırladaq ki, bundan əvvəl həmin şəxslərin aylıq vəzifə maaşları 2410 manat idi.