Həyatında yeni səhifə açacaq 4 bürc
20 Avqust 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
426
01.05.2025, 19:16
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə İlham Mirzəliyev təyin edilib.
Yeni sədrin dosyesini təqdim edir:
İlham Mirzəliyev 1960-cı ildə anadan olub. İqtisadçı-mühəndis ixtisasına malik olan İlham Mirzəliyev, eyni zamanda iqtisad üzrə fəlsəfə doktorudur. O, istilik təsərrüfatı sahəsində uzun illər boyunca rəhbərlik və idarəçilik təcrübəsi ilə tanınan peşəkar mütəxəssisdir.
Əmək fəaliyyətinə 1982-ci ildə "Azərenerji" Dövlət Şirkətinin İstilik şəbəkələri müəssisəsində iqtisadçı-mühəndis olaraq başlayan İlham Mirzəliyev, burada planlaşdırma və əmək üzrə böyük iqtisadçı vəzifələrini icra etmiş, daha sonra direktor müavini kimi fəaliyyət göstərmişdir.
2000-2005-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin "Bakı İstilik Şəbəkə" İstehsalat Birliyində Baş direktor müavini, 2 saylı İstilik İdarəsində rəis müavini, daha sonra isə Bakı şəhər İstilik İdarəsində rəis müavini vəzifələrini yerinə yetirmişdir.
2005-ci ildən başlayaraq "Azəristiliktəchizat" ASC-nin İdarə Heyətinin sədr müavini vəzifəsini icra edən İlham Mirzəliyev, 2022-ci ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə bu şirkətin sədrinin vəzifələrini müvəqqəti icra etməyə başlamışdır. 2025-ci ildə isə İlham Mirzəliyev "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunub.
2015-ci ilin 9 aprel tarixində İlham Mirzəliyev Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
İlham Mirzəliyev ailəlidir və iki övladı var./Milli.Az/
00:06 / 21 Avqust 2026
85
00:02 / 21 Avqust 2026
97
23:56 / 20 Avqust 2026
136
23:51 / 20 Avqust 2026
100
23:30 / 20 Avqust 2026
660
23:29 / 20 Avqust 2026
72
23:29 / 20 Avqust 2026
81
23:11 / 20 Avqust 2026
475
22:55 / 20 Avqust 2026
110
22:02 / 20 Avqust 2026
121
21:50 / 20 Avqust 2026
74
21:38 / 20 Avqust 2026
96
21:24 / 20 Avqust 2026
200
20:56 / 20 Avqust 2026
94
20:20 / 20 Avqust 2026
69
20:05 / 20 Avqust 2026
95
19:43 / 20 Avqust 2026
90
19:29 / 20 Avqust 2026
81
19:09 / 20 Avqust 2026
132
18:58 / 20 Avqust 2026
169
18:49 / 20 Avqust 2026
118
18:41 / 20 Avqust 2026
90
18:35 / 20 Avqust 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.