Həyatında yeni səhifə açacaq 4 bürc
20 Avqust 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
263
01.05.2025, 12:32
“İcra haqqında” Qanuna dəyişiklik təklif olunur.
Oxu24.com xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində, “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin icra məmuru tərəfindən qəbul edilməsi və ödənilməsi, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi yalnız nağdsız qaydada icra xidmətinin depozit hesabları vasitəsilə həyata keçiriləcək.
Bundan başqa, icra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələrlə əlaqədar əməliyyat həyata keçirilərkən müvafiq icra işinin qeydiyyat nömrəsi göstərilməlidir. Belə nömrə göstərilmədən ödənişlərin həyata keçirilməsinə yol verilmir.
Digər dəyişikliyə əsasən icra xidmətinin depozit hesabından ödəniləcək vəsaitin köçürüləcəyi bank hesabı haqqında məlumatları tələbkar icra məmuruna təqdim edəcək. Tələbkar bu barədə icra məmuruna məlumat təqdim etmədikdə, ödəniləcək vəsait icra xidmətinin depozit hesabına daxil olduqdan sonra icra məmuru 3 iş günü müddətində tələbkarı bu barədə məlumatlandırır və həmin vəsaitin tələbkarın müraciəti əsasında onun xeyrinə məxaric edilməsi üçün banka sərəncam verir. Vəsaitin nağdlaşdırılması ilə bağlı xərclər tələbkar tərəfindən ödəniləcək.
İcra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələri təsdiq edən bank sənədləri icra məmuru tərəfindən icra icraatına əlavə ediləcək.
Bu qayda pozularsa, vəzifəli şəxslər 500 manatdan 1 000 manata qədər cərimə ediləcək.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
00:06 / 21 Avqust 2026
85
00:02 / 21 Avqust 2026
97
23:56 / 20 Avqust 2026
136
23:51 / 20 Avqust 2026
100
23:30 / 20 Avqust 2026
660
23:29 / 20 Avqust 2026
72
23:29 / 20 Avqust 2026
81
23:11 / 20 Avqust 2026
475
22:55 / 20 Avqust 2026
110
22:02 / 20 Avqust 2026
121
21:50 / 20 Avqust 2026
74
21:38 / 20 Avqust 2026
96
21:24 / 20 Avqust 2026
200
20:56 / 20 Avqust 2026
94
20:20 / 20 Avqust 2026
69
20:05 / 20 Avqust 2026
95
19:43 / 20 Avqust 2026
90
19:29 / 20 Avqust 2026
81
19:09 / 20 Avqust 2026
132
18:58 / 20 Avqust 2026
169
18:49 / 20 Avqust 2026
118
18:41 / 20 Avqust 2026
90
18:35 / 20 Avqust 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.