Həyatında yeni səhifə açacaq 4 bürc
20 Avqust 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
434
30.04.2025, 21:05
Rusiyada 1 may 2025-ci il tarixindən qadınların iş saatının kişilərə nisbətən 2 saat azaldılması qərarı qəbul edilib. Bu təşəbbüs qadınların sosial rifahını artırmaq, ailə və iş həyatları arasında tarazlığı qorumaq, demoqrafik inkişafı dəstəkləmək məqsədi daşıyır.
Bəs sözügedən qərarın Azərbaycanda da tətbiq olunma ehtimalı var?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən əmək münasibətləri üzrə ekspert Ağa-Musa Səfiyev bildirir ki, ilk növbədə Azərbaycanda hüquqi bazaya nəzər yetirmək lazımdır:
“Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən (maddə16), əmək münasibətlərində bərabərlik prinsipi tətbiq edilir. Cinsiyyətə görə ayrı-seçkiliyə yol verilmir və əmək hüquqları bərabər əsaslarla tənzimlənir.
Hazırkı qanunvericilikdə yalnız xüsusi hallar (hamiləlik dövrü, azyaşlı uşaqlara qulluq, ağır və zərərli işlərdə çalışma) üçün qadınların iş saatlarının azaldılması nəzərdə tutulur”, - deyə ekspert bildirib.
Bütün qadınların iş saatlarının sistemli şəkildə azaldılması üçün isə Əmək Məcəlləsinə və əlaqəli qanunvericiliyə dəyişikliklər edilməlidir deyən Ağa-Musa Səfiyev qeyd edib ki, indiki vəziyyətdə qadınların iş saatının azaldılması prosesinin tətbiqi zamanı mütləq bu tədbirlərin görülməsi və nəticələrin üzə çıxması nəzərə alınmalıdır:
“Öncəliklə hüquqi baxımdan müvafiq qanun dəyişiklikləri hazırlanmalı və gender bərabərliyi prinsipi qorunmalıdır. Eyni zamanda iqtisadi baxımdan işəgötürənlərə əlavə xərclər yüklənə bilər və işçi qüvvəsi yenidən təşkil edilməlidir. Sosial baxımdan isə qadınların ailə həyatına və şəxsi inkişafına daha çox vaxt ayırmaq imkanları arta bilər və demoqrafik göstəricilərə müsbət təsir edə bilər”, - deyə ekspert diqqətə çatdırıb.
Ekspertin fikrincə, qısaldılmış iş həftəsi və çevik iş rejimi tətbiq olunmaqla uzaqdan işləmə imkanları genişləndirilməsi, əlavə ödənişli məzuniyyət günlərinin verilməsi, işçi və işəgötürən arasında razılaşma əsasında fərdi qrafiklərin yaradılması kimi alternativ yanaşmalar təşkil edilə bilər:
“Qeyd olunan tətbiq dövlət sektorunda mərhələli olmalı, xidmətlərin fasiləsizliyinə təsir etməməlidir. Özəl sektorda isə işəgötürənlər dövlət tərəfindən dəstək proqramları əsasında könüllü əsasda dəyişikliklərə gedə bilər. Lakin nəzərə almaq lazımdır ki, bu zaman işçi xərcləri, resurs çatışmazlığı və istehsalın azalması riskləri yarana bilər. Buna görə tətbiq könüllü və güzəştli yanaşmalar üzərində qurula bilər”.
Ağa-Musa Səfiyev onu da əlavə edib ki, belə bir təşəbbüsdən əvvəl dövlət qurumları, həmkarlar ittifaqları, işəgötürən birlikləri və qeyri-hökumət təşkilatlarının iştirakı ilə geniş ictimai müzakirələr aparılsın.
00:06 / 21 Avqust 2026
104
00:02 / 21 Avqust 2026
116
23:56 / 20 Avqust 2026
158
23:51 / 20 Avqust 2026
119
23:30 / 20 Avqust 2026
760
23:29 / 20 Avqust 2026
89
23:29 / 20 Avqust 2026
101
23:11 / 20 Avqust 2026
555
22:55 / 20 Avqust 2026
116
22:02 / 20 Avqust 2026
122
21:50 / 20 Avqust 2026
75
21:38 / 20 Avqust 2026
96
21:24 / 20 Avqust 2026
201
20:56 / 20 Avqust 2026
101
20:20 / 20 Avqust 2026
72
20:05 / 20 Avqust 2026
100
19:43 / 20 Avqust 2026
91
19:29 / 20 Avqust 2026
83
19:09 / 20 Avqust 2026
138
18:58 / 20 Avqust 2026
173
18:49 / 20 Avqust 2026
121
18:41 / 20 Avqust 2026
93
18:35 / 20 Avqust 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.