Həyatında yeni səhifə açacaq 4 bürc
20 Avqust 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2051
30.04.2025, 13:08
Bu gün keçmiş gənclər və idman naziri Azad Rəhimovun vəfat etdiyi gündür.
Oxu24.com xatırladır ki,eks nazirin vəfatından 5 il keçir.
Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub. 1971-ci ildə Səbail rayonunda 134 nömrəli tam orta məktəbin birinci sinifinə daxil olub və 1981-ci ildə oranı bitirib. 1981-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna qəbul olub və 1986-cı ildə oradan ingilis dili müəllimi ixtisası üzrə məzun olmuşdur.
Azad Rəhimov 1984-cü ildən 1986-cı ilə qədər Xətai rayonunda 245 nömrəli tam orta məktəbdə Komsomol Komitəsində vəzifəsində çalışıb. 1986-1987-ci illərdə sovet ordusu sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Ordudan təxris olunduğdan sonra 1987-ci ildən 1989-cu ilə qədər Azərbaycan SSR Lenin Komsomolu Gənclər İttifaqının Xətai Rayon Komitəsində şöbə müdiri vəzifəsində, 1989-1990-cı illərdə Azərbaycan SSR Gənclər İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb.
1994-1998-ci illərdə "Ros-İMESKO" Məhdud Məsuliyyəti Cəmiyyətinin rəhbəri vəzifəsində, 1998-2006-cı illərdə isə "Italdizain" Qapalı Tipli Səhmdar Cəmiyyətinin rəhbəri vəzifəsində çalışıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 7 fevral 2006-cı il tarixli sərəncamına əsasən Azərbaycanın gənclər və idman naziri vəzifəsinə təyin olunub.
Azad Rəhimov ABŞ-da müalicə olunduğu xəstəxanada vəfat edib. Ağciyər xərçəngi və qaraciyər serrozundan uzun müddət müalicə alıb.
Mərhum nazir II Fəxri xiyabanda dəfn edilib.
Arif Rəhimov gənclər və idman nazirinin yeganə övladıdır. Orta məktəbi Bakıda bitirən, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində oxuyan Arif Rəhimov ardından ali təhsilini İngiltərənin paytaxtında davam etdirib. Azərbaycan, rus və ingilis dillərini bilən Arif Rəhimov 2011-2012-ci illərdə Londondakı Cass Business School-da neft və energetika sənayesi ixtisasına yiyələnib.
2009-cu ilin oktyabrından 2011-ci ilin noyabrınadək Azərbaycan Dövlət Neft Şirkətində maliyyə meneceri vəzifəsində işləmiş Arif Rəhimov sonradan DDLAR GROUP adlı özəl şirkətini qurub və hazırda da ona rəhbərlik edir.
Arif Rəhimov evlidir və hazırda Londonda yaşayır.

00:06 / 21 Avqust 2026
117
00:02 / 21 Avqust 2026
129
23:56 / 20 Avqust 2026
182
23:51 / 20 Avqust 2026
133
23:30 / 20 Avqust 2026
846
23:29 / 20 Avqust 2026
103
23:29 / 20 Avqust 2026
115
23:11 / 20 Avqust 2026
623
22:55 / 20 Avqust 2026
120
22:02 / 20 Avqust 2026
126
21:50 / 20 Avqust 2026
78
21:38 / 20 Avqust 2026
102
21:24 / 20 Avqust 2026
203
20:56 / 20 Avqust 2026
102
20:20 / 20 Avqust 2026
73
20:05 / 20 Avqust 2026
105
19:43 / 20 Avqust 2026
100
19:29 / 20 Avqust 2026
89
19:09 / 20 Avqust 2026
143
18:58 / 20 Avqust 2026
175
18:49 / 20 Avqust 2026
124
18:41 / 20 Avqust 2026
100
18:35 / 20 Avqust 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.