Həyatında yeni səhifə açacaq 4 bürc
20 Avqust 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1634
30.04.2025, 11:17
Xəbər verdiyimiz kimi bu gün ADNA terrorundan 16 il ötür.
Oxu24.com həmin qanlı faciədə həlak olanları xarakterizə edən paylaşımı təqdim edir:
- Bacısını qorumaq üçün dəhlizə çıxan, qatillə əlbəyaxan çıxan, 7 güllə ilə öldürülən, qrup yoldaşlarının qollarında can verərkən ağlayan Savalan Cabbarov
- Pianoda gözəl ifa edən, 2 əcnəbi dil bilən, hadisə günü səhər yatıb qalan Ayaz Bağırov. Anası deyir, oyatmağa əlim gəlmirdi, amma imtahanı vardı deyə oyatdım. Alnından güllələnən Ayaz hadisədən bir gün əvvəl dostuna belə bir mesaj yazmışdı: "Növbəti günün bərbad olacağını bilə-bilə hələ də üzündə saxta təbəssüm saxlamaq çox dəhşətlidir"
- Taleh Məmmədov. Güllə onun boğazından girib kürəyindən çıxaraq şah damarını zədələdiyindən qanaxmanın qarşısını almaq mümkün olmamış və o hadisə yerindəcə dünyasını dəyişmişdi. Yaralanan andan son nəfəsinə kimi dostlarından yardım istəyən Talehin həmin gün kreditə aldığı notebooku müəmmalı şəkildə oğurlanmışdı.
- 2009-cu ilin yanvarında ailəsi ilə sonuncu dəfə Yeni ili qeyd etmiş 20 yaşlı Emin Abdullayev. Mart ayında Gəncədə yaşayan ailəsi ona bayram payı göndərmişdi. Özünü gözləyirdilər, meyidini qarşıladılar.
- Həftədə cəmi 1-cə dəfə həmin korpusda dərsi olan, hadisə günü də elə həmin dərs gününə təsadüf edən Yusif Bəndəliyev. Tələbələr güllə səsindən tez auditoriyanı tərk ediblər. Yusifin birdən yadına düşüb ki, mobil telefonu sinifdə qalıb. O uşaqlardan ayrılıb ki, gedib telefonunu götürüb qayıtsın. Sinifdən çıxanda qatillə üz-üzə gələn Yusif onunla əlbəyaxa olub. Yumruğunu sıxıb onu vurmaq istəsə də, aldığı güllələrdən yerindəcə keçinib. Deyilənə görə ölümündən sonra da onun barmaqlarını açmaq mümkün olmayıb və o, elə əlləri yumulmuş formada da dəfn olunub.
- Ruslan Babaşov. Gözü zəif olduğu üçün hadisədən bir gün əvvəl atası ona eynək alıb. Həmin gün ilk dəfə dərsə eynəkdə gələn Ruslan elə yaddaşlarda da o cür qaldı: eynəyi gözündən düşmüş və dostlarının qollarında can verərkən.
- Xərclərini qarşılamaqçün restoranlarda ofsiant işləyən, 1 həftə dərsə gedə bilməyib həmin gün hamıdan tez universitetə tələsən Ceyhun Aslanov. Qatil gülləsi onu 3-cü mərtəbə ilə 2-ci mərtəbənin arasında, pilləkanlarda yaxalayıb.
- Salyandan Bakıya süd məhsulları gətirərək satan, 1957-ci il təvəllüdlü Qurbanova Ayna. Hadisə günü universitetin yeməkxanasına qatıq gətirən Ayna xanım terrorçu ilə üz-üzə gəlib. Qatil ona fikir vermədən yuxarı çıxıb, amma sonradan fikrindən daşınaraq geri qayıdıb və qadını bir güllə ilə öldürərək yoluna davam edib.
- Laboratoriya müdiri Tamilla Əzizova. Güllə onun sağ kürəyindən dəyib sol tərəfindən çıxaraq aorta damarını kəsib və o kəskin qanitirmədən elə yerindəcə dünyasını dəyişib.
- Ramiz Abdullayev - akademiyanın professoru. Dişi ağrıdığına görə dekanlıqdan icazə alıb getmək istəyirmiş. Bu məqsədlə dəhlizə çıxıb. Sonra geri sinfə qayıdanda qatillə üz-üzə gəlib və başından aldığı bir güllə ilə vəfat edib.
- Məcnun Vahidov - akademiyanın dosenti. O liftdən çıxıb iş otağına gedərkən güllələnib.
- Aprelin 12-də ağ gəlinliklə ata evindən çıxan və 18 gün sonra ağ kəfənlə ata evinə qayıdan laborant Şəfa Məmmədova. İş otağından dəhlizə çıxan Şəfa elə burda gözündən aldığı güllə yarasından elə yerindəcə keçinib.
Allah rəhmət eləsin. Ruhları şad olsun
00:06 / 21 Avqust 2026
117
00:02 / 21 Avqust 2026
129
23:56 / 20 Avqust 2026
182
23:51 / 20 Avqust 2026
133
23:30 / 20 Avqust 2026
846
23:29 / 20 Avqust 2026
103
23:29 / 20 Avqust 2026
115
23:11 / 20 Avqust 2026
623
22:55 / 20 Avqust 2026
120
22:02 / 20 Avqust 2026
126
21:50 / 20 Avqust 2026
78
21:38 / 20 Avqust 2026
102
21:24 / 20 Avqust 2026
203
20:56 / 20 Avqust 2026
102
20:20 / 20 Avqust 2026
73
20:05 / 20 Avqust 2026
105
19:43 / 20 Avqust 2026
100
19:29 / 20 Avqust 2026
89
19:09 / 20 Avqust 2026
143
18:58 / 20 Avqust 2026
175
18:49 / 20 Avqust 2026
124
18:41 / 20 Avqust 2026
100
18:35 / 20 Avqust 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.