Həyatında yeni səhifə açacaq 4 bürc
20 Avqust 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
255
30.04.2025, 10:59
Bakının Yasamal rayonu ərazisində - “20 Yanvar” dairəsi kimi tanınan yerdə gənc oğlan özünü qəsdən nəqliyyat vastələrinin altına atır.
Bu barədə “Qafqazinfo”ya görüntüləri həmin hadisə haqda məlumat verən vətəndaş təqdim edib.
Bildirilib ki, 30-35 yaşlı şəxs əsasən səhər saatlarında yolun hərəkət hissəsində təhlükəli vəziyyətə səbəb olur və maşınların qarşısına çıxaraq xəsarət almış kimi görüntü yaradır. Onun avtomobil sahiblərindən müəyyən qədər pul alaraq məsələni “həll etdiyi” qeyd edilir.
Aprelin 27-də qeydə alınmış görüntülərdən də məlum olur ki, şəxsiyyəti məlum olmayan piyada hərəkətlərinə israrla davam edir və yaxınlıqda olan vətəndaşlar onu dartaraq yolun hərəkət hissəsindən kənarlaşdırırlar.
***
Aprelin 27-də paytaxtın Yasamal rayonunda qeydə alınan görüntlərlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Bu barədə DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev sorğumuza cavab olaraq bildirib.
O qeyd edib ki, sürücüləri qorxutmaqla, qəsdən həyat və sağlamlığına təhlükə yarandığını iddia etməklə hansısa formada qanunsuz maddi imtiyaz tələb edən naməlum şəxsin əməlləri araşdırma predmetidir: “Həmin şəxsin müəyyən olunaraq qəti tədbirlər görülməsi üçün materiallar icraata qəbul edilib.
Sürücülərə tövsiyə edirik ki, belə halla rastlaşdıqda dərhal polisə məlumat versin, əsassız olaraq hansısa şəxsin ictimai təhlükəli əməllərinə biganə yanaşmayın. Bir hadisənin gizlədilməsi, yaxud hansısa danışığa gedilməsi başqalarının da eyni hədəyə məruz qoya bilər. İctimai təhlükəsizliyin təminatı hər bir vətəndaşdan asılıdır”.
Sözügedən görüntüləri təqdim edirik:
00:06 / 21 Avqust 2026
117
00:02 / 21 Avqust 2026
129
23:56 / 20 Avqust 2026
182
23:51 / 20 Avqust 2026
133
23:30 / 20 Avqust 2026
846
23:29 / 20 Avqust 2026
103
23:29 / 20 Avqust 2026
115
23:11 / 20 Avqust 2026
623
22:55 / 20 Avqust 2026
120
22:02 / 20 Avqust 2026
126
21:50 / 20 Avqust 2026
78
21:38 / 20 Avqust 2026
102
21:24 / 20 Avqust 2026
203
20:56 / 20 Avqust 2026
102
20:20 / 20 Avqust 2026
73
20:05 / 20 Avqust 2026
105
19:43 / 20 Avqust 2026
100
19:29 / 20 Avqust 2026
89
19:09 / 20 Avqust 2026
143
18:58 / 20 Avqust 2026
175
18:49 / 20 Avqust 2026
124
18:41 / 20 Avqust 2026
100
18:35 / 20 Avqust 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.