Şamaxıda maşın çökəkliyə aşdı - Ölənlər var
21 Avqust 2026, 10:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
275
29.04.2025, 13:45
“SİMA İmza” ilə “digital.login”ə girişlərin həcmi 118 dəfə artıb
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza dövlət və özəl sektordakı elektron xidmətlərə əlçatanlığı artırmağa davam edir.
2025-ci ildə çoxsaylı elektron xidmətləri özündə birləşdirən “digital.login” vahid giriş platformasına daxilolmaların 35,55 faiz-i “SİMA İmza” ilə həyata keçirilib. Bu, SİMA rəqəmsal imzanın yaradıldığı 2022-ci illə müqayisədə 118 dəfə artım deməkdir.
Hazırda “digital.login” vahid giriş platformasında 150-dən çox dövlət və özəl qurumun elektron xidmətlərinə SİMA yeni nəsil rəqəmsal imza ilə əlçatanlıq mümkündür.
Qeyd edək ki, “SİMA İmza” mobil tətbiqinin endirilmə sayı 4 milyona yaxındır. Yeni nəsil rəqəmsal imza ilə tərəfdaşlıq edən dövlət və özəl qurumların sayı 70-i keçib. Ölkə qanunvericiliyinə edilən müvafiq dəyişiklikdən sonra əmək müqavilələrinin 98 faizi (2 milyona yaxın şəxs tərəfindən) “SİMA İmza” ilə elektron şəkildə imzalanıb. SİMA ilə həyata keçirilmiş ümumi tranzaksiya sayı isə 36 milyonu ötüb.
Qeyd edək ki, “SİMA İmza” ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, xidmət göstərənlərin iş yükü və xərcləri azalır. Dövlət və özəl sektorda vətəndaşların və qurumların rəqəmsal əməliyyatlarını asanlaşdırır. Azərbaycan vətəndaşları, Azərbaycanda qanuni əsaslarla yaşayan əcnəbilər, fərdi sahibkarlar və hüquqi şəxslər olduqları yerdən elektron xidmətlərdən yararlanırlar.
“SİMA İmza” istifadə rahatlığı, sürət və təhlükəsizlik baxımından dövlət-özəl tərəfdaşlığı çərçivəsində həm vətəndaş məmnuniyyətinin yüksəlməsinə, həm də şəxslərin rəqəmsal hökumət konseptindəki rolunun aktivləşməsinə təkan verib. Mobil tətbiqi yükləməklə əldə olunan yeni nəsil rəqəmsal imza vətəndaşlar üçün ödənişsizdir.
10:56 / 21 Avqust 2026
1
10:52 / 21 Avqust 2026
23
10:42 / 21 Avqust 2026
29
10:24 / 21 Avqust 2026
38
10:21 / 21 Avqust 2026
40
10:04 / 21 Avqust 2026
50
10:02 / 21 Avqust 2026
135
09:43 / 21 Avqust 2026
59
09:35 / 21 Avqust 2026
52
09:33 / 21 Avqust 2026
62
09:19 / 21 Avqust 2026
78
09:05 / 21 Avqust 2026
79
09:03 / 21 Avqust 2026
71
09:00 / 21 Avqust 2026
65
08:58 / 21 Avqust 2026
68
00:06 / 21 Avqust 2026
137
00:02 / 21 Avqust 2026
148
23:56 / 20 Avqust 2026
228
23:51 / 20 Avqust 2026
155
23:30 / 20 Avqust 2026
955
23:29 / 20 Avqust 2026
113
23:29 / 20 Avqust 2026
131
23:11 / 20 Avqust 2026
746
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.