Şamaxıda maşın çökəkliyə aşdı - Ölənlər var
21 Avqust 2026, 10:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1743
29.04.2025, 12:08
“Sertifikasiya imtahanından keçə bilməyən tibb işçilərinə 6 ay ərzində maaş veriləcək”.
Oxu24.com xəbər verir ki,bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişikliyi şərh edərkən deyib.
Onun sözlərinə görə, mövcud qanunvericiliyin tələblərinə əsasən sertifikasiya imtahanından keçməyən tibb işçisi yenidən 6 ay ərzində hazırlaşıb imtahan verə bilər: “Bu zaman iş yeri saxlanılsa da, tibb işçisinə işə gəlməyə icazə verilmir. Lakin bu müddət ərzində onun aylıq əmək haqqının ödənilməsi mexanizmi ilə bağlı bir sıra ciddi problemlər mövcuddur ki, bunlar da əsaslı şikayətlərə səbəb olurdu. Yeni təklif olunan dəyişiklikdə bu məsələyə humanist yanaşma ortaya qoyulmuş və sözügedən 6 aylıq periodda işçilərin aylıq vəzifə (tarif) maaşının saxlanılması məqsədi ilə Qanunun 49-1-ci maddəsinin 11-ci hissəsinin 1-ci cümləsinə müvafiq dəyişiklik təklif olunub”.
Şöbə müdiri vurğulayıb ki, beləliklə də, bu layihənin qəbul edilməsi hər zaman insanların sağlamlığının keşiyində duran, digər peşələrin fövqündə yer alan müqəddəs peşə sahiblərinin – həkimlərimizin və tibb işçilərimizin inzibati amirlik resursları ilə deyil, yalnız davamlı təhsil yolu ilə inkişaf etmələrinə böyük töhfə olacaq.
11:02 / 21 Avqust 2026
1
10:56 / 21 Avqust 2026
22
10:52 / 21 Avqust 2026
33
10:42 / 21 Avqust 2026
34
10:24 / 21 Avqust 2026
41
10:21 / 21 Avqust 2026
44
10:04 / 21 Avqust 2026
54
10:02 / 21 Avqust 2026
142
09:43 / 21 Avqust 2026
62
09:35 / 21 Avqust 2026
53
09:33 / 21 Avqust 2026
64
09:19 / 21 Avqust 2026
80
09:05 / 21 Avqust 2026
81
09:03 / 21 Avqust 2026
72
09:00 / 21 Avqust 2026
66
08:58 / 21 Avqust 2026
69
00:06 / 21 Avqust 2026
138
00:02 / 21 Avqust 2026
149
23:56 / 20 Avqust 2026
228
23:51 / 20 Avqust 2026
156
23:30 / 20 Avqust 2026
958
23:29 / 20 Avqust 2026
113
23:29 / 20 Avqust 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.