Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı: 40 dərəcə isti olacaq
21 Avqust 2026, 12:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
432
28.04.2025, 20:23
Hazırda bəzi bazarlarda alça təxminən 11-14 manat, çiyələk isə 6-7 manata təklif olunur. Qiymətlərin əlçatan olmaması ilə yanaşı, sözügedən meyvələrin mövsümdən kənar yeyilməsi və bunun zərərləri də müzakirə obyektidir.
Oxu24.com -a danışan sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib ki, Azərbaycanda çiyələyin təbii yetişmə vaxtı may ayının əvvəllərindən başlayır:
"Bu da coğrafi mövqeyə, regiona görə dəyişir. Amma bir çox hallarda maydan əvvəl satışa çıxarılan çiyələklər istixana şəraitində yetişdirilir və zərərvericilərdən qorunması üçün pestisidlər, hormonlu gübrələrdən istifadə olunur. Belə meyvələri əsasən hamilə və süd verən qadınlar, uşaqlar alır. Bu da onların sağlamlığı üçün çox riskli qidadır. Adətən alarkən yuyulmadan yeyirlər. Dərmanlı, süni yetişdirilmiş çiyələk isə mədə-bağırsaq sisteminin, bağırsaq mikroflorasının pozulmasına, zəhərlənməyə, allergik reaksiyalara gətirib çıxarır. Uzunmüddətli, çox istifadə isə qaraciyər funksiyasının pozulmasına səbəb ola bilər. Ümumiyyətlə, mövsümündən əvvəl çiyələk yeməmək məsləhətdir".
Ekspert bildirib ki, çiyələk alarkən təbii görünüşlü, qırmızı rəngli, bir qədər orta ölçülü, solğun olanları seçmək lazımdır:
"Yəni hamısı eyni ölçüdə olmamalıdır. Əgər çiyələk çox iridirsə, parlaqdırsa, qoxusu hiss olunmursa, hamısı eyni formadadırsa, bu, onların süni şəkildə yetişdirildiyinin göstəricisidir. Həmçinin yeməmişdən əvvəl adi suda 10 dəqiqə saxlamaq tövsiyə edilir. Süni yetişdirilən çiyələkdirsə, suya bir qədər duz və yaxud da az miqdarda sirkə əlavə etmək olar. Bu, onun tərkibində olan pestisid qalığını azalda bilər. Çiyələyin yarpaqlarını isə yuduqdan sonra qopartmaq lazımdır. Bəzi hallarda xanımlar yarpağını təmizləyib yuyurlar, bu da səthindən kimyəvi maddə qalıqların yarpaq kökündən içəriyə nüfuz etməsinə yol açır. Nəticədə meyvənin keyfiyyəti pozulur. Eyni zamanda mütləq mənşəyi bəlli olan yerdən yerli məhsul alın. Birmənalı şəkildə xroniki xəstəliyi olan yaşlılar, uşaqlar, hamilə və süd verən qadınlar erkən satışa çıxarılan meyvələrdən istifadə etməməlidir. Əks halda təbii ki, zəhərlənmə və allergiya problemləri ortaya çıxacaq".
12:07 / 21 Avqust 2026
11
12:05 / 21 Avqust 2026
26
11:59 / 21 Avqust 2026
38
11:48 / 21 Avqust 2026
32
11:46 / 21 Avqust 2026
41
11:43 / 21 Avqust 2026
196
11:43 / 21 Avqust 2026
42
11:40 / 21 Avqust 2026
51
11:28 / 21 Avqust 2026
50
11:19 / 21 Avqust 2026
53
11:10 / 21 Avqust 2026
61
11:02 / 21 Avqust 2026
63
10:56 / 21 Avqust 2026
53
10:52 / 21 Avqust 2026
68
10:42 / 21 Avqust 2026
55
10:24 / 21 Avqust 2026
66
10:21 / 21 Avqust 2026
67
10:04 / 21 Avqust 2026
75
10:02 / 21 Avqust 2026
310
09:43 / 21 Avqust 2026
81
09:35 / 21 Avqust 2026
64
09:33 / 21 Avqust 2026
73
09:19 / 21 Avqust 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.