Gürcüstanda azərbaycanlı sahibkar saxlanıldı - Foto
21 Avqust 2026, 11:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
412
28.04.2025, 20:41
Sahibkarlara əlverişli və rahat bankçılıq xidmətləri təqdim edən Birbank Biznes bu dəfə Gəncə şəhərində və ətraf regionlarda yaşayan sahibkarlar üçün satış yarmarkası təşkil etdi. Bankın dəstəyi ilə həyata keçirilən layihə “Pasha Malls” və “Pasha Real Estate”in tərəfdaşlığı ilə “Gəncə Mall”da baş tutdu. Layihənin əsas məqsədi regionda fəaliyyət göstərən sahibkarın bizneslərini və şəxsi inkişafını dəstəkləmək idi.
30-a yaxın sahibkarın ödənişsiz qoşulduğu tədbir yerli sakinlər tərəfindən böyük maraqla qarşılandı. Yarmarka sahibkarlara yeni tanışlıqlar, biznes əlaqələri qurmaq, məhsul və xidmətlərini daha geniş auditoriyaya təqdim etmək imkanı yaratdı.
Layihə ilə bağlı fikirlərini bölüşən Kapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə bu kimi təşəbbüslərin davamlı olacağını qeyd etdi: “Biz Kapital Bank olaraq 2018-ci ildən sahibkarlığın inkişafına dəstək göstərməyi öz strateji hədəflərimizdən biri olaraq seçdik. Bu istiqamətdə atdığımız ən mühüm addımlardan biri Birbank Biznes mobil tətbiqinin istifadəyə verilməsi oldu. Sahibkarlar artıq istehsal sahələrini, ofislərini və ünvanlarını tərk etmədən bir neçə dəqiqəyə bank xidmətlərindən yararlanaraq zamanlarını bizneslərinin inkişafına sərf edə bilirlər. Bununla yanaşı, bu gün baş tutan tədbir kimi onlarla layihə də məhz sahibkarlar üçün təşkil olunur. Çünki biz bilirik ki, ölkə iqtisadiyyatının lokomotivi kiçik və orta sahibkarlıqdır. Ona görə də onların həm bizneslərinə, həm də şəxsi inkişaflarına dəstək verməyə davam edirik.”
Qeyd edək ki, Birbank Biznes sahibkarların bir-biri ilə şəbəkələşməsi və yeni bazarlara çıxış imkanlarının artırılması istiqamətində layihələrini davam etdirəcək.
Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.
11:28 / 21 Avqust 2026
7
11:19 / 21 Avqust 2026
31
11:10 / 21 Avqust 2026
41
11:02 / 21 Avqust 2026
50
10:56 / 21 Avqust 2026
45
10:52 / 21 Avqust 2026
56
10:42 / 21 Avqust 2026
50
10:24 / 21 Avqust 2026
60
10:21 / 21 Avqust 2026
62
10:04 / 21 Avqust 2026
69
10:02 / 21 Avqust 2026
205
09:43 / 21 Avqust 2026
75
09:35 / 21 Avqust 2026
60
09:33 / 21 Avqust 2026
68
09:19 / 21 Avqust 2026
82
09:05 / 21 Avqust 2026
83
09:03 / 21 Avqust 2026
73
09:00 / 21 Avqust 2026
67
08:58 / 21 Avqust 2026
71
00:06 / 21 Avqust 2026
138
00:02 / 21 Avqust 2026
149
23:56 / 20 Avqust 2026
230
23:51 / 20 Avqust 2026
156
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.